Azərbaycanda əfvlə bağlı müraciətlər araşdırılır

Xəbərin çap versiyası
Tarix: 13-11-2017, 22:15
Azərbaycanda əfvlə bağlı müraciətlər araşdırılır


"Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin humanizm siyasətindən irəli gələrək əfvlə bağlı müraciətlərə hər zaman diqqətlə yanaşılır".

SİVİL.AZ
bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Azay Quliyev deyib.

A. Quliyev bildirib ki, əfv sərəncamının verilməsi dövlət başçısının müstəsna səlahiyyətinə aiddir. Bununla yanaşı, əfvlə bağlı həm Əfv Məsələləri Komissiyasının üzvlərinə, həm də birbaşa Prezident Administrasiyasına müraciətlər mütəmadi daxil olur:

"Əfv Məsələləri Komissiyası daimi fəaliyyət göstərən bir institut olduğundan, bu müraciətlər hər zaman araşdırılır, aidiyyəti üzrə dövlət qurumlarının rəy və tövsiyəsi nəzərə alınmaqla Komissiyanın müzakirəsinə çıxarılır. Komissiya vətəndaşlar tərəfindən daxil olan hər bir müraciəti diqqətlə araşdırdıqdan sonra əsasnaməsinə uyğun olaraq müvafiq qərarlar qəbul edir. Hazırda bu proses davam edir”.

Qeyd edək ki, sonuncu əfv sərəncamı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu il martın 16-da imzalanıb. Həmin sərəncam 423 nəfərə şamil edilib.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz