Bakıda xüsusi əməliyyat: adam oğurlayan cinayətkar dəstə yaxalandı - FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 13-11-2017, 12:38
Bakıda xüsusi əməliyyat: adam oğurlayan cinayətkar dəstə yaxalandı -


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan adam oğurluğu cinayəti törətməkdə təqsirli bilinən cinayətkar dəstənin üzvləri zərərsizləşdirilib.

SİVİL.AZ
"Qaynarinfo"ya istinadla xəbər verir ki, cari ilin noyabrın 8-də Bakı şəhər sakini Balabəy Məmmədov Nərimanov Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək bildirib ki, Binəqədi rayonunda qardaşları ilə birlikdə olarkən borcu olduğu Rövşən Əmirxanlı Rasim və Orxan adlı şəxslərlə birlikdə onların qarşını kəsib zorla maşına oturdub hədə-qorxu gəldikdən sonra Akademik H. Əliyev küçəsində qardaşı Rüfət Kəngərlini girov götürərək özləri ilə aparıblar.

Həmin şəxslər B. Məmmədovla əlaqə saxlayaraq qardaşının azad olunması müqabilində ilkin olaraq 1000 manat tələb ediblər. Pulu verməyəcəkləri təqdirdə isə qardaşını qətlə yetirəcəklərini bildiriblər. Nərimanov RPİ əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Rasim Ramazanov, Rövşən Əmirxanlı və Orxan Ağalı saxlanılıb. Qeyd edək ki, dəstə üzvləri R. Kəngərlini oğurlayandan sonra onu səhərə qədər R. Ramazanovun Biləcəri qəsəbəsində yerləşən kirayə yaşadığı evdə saxlayıblar. Saxlanılan şəxslərdən R. Ramazanovun üzərinə baxış zamanı 1 ədəd idman tapançası, 1 ədəd gözyaşardıcı qaz balonu, 2 ədəd bıçaq, 20 ədəd "Fenadiazepin”, 20 ədəd "Tramadol”, 9 ədəd "Contromal”, 2 ədəd "Gerica” psixotrop həbləri, eləcə də 2.031 qram heroin, R. Əmirxanlıdan isə 2.931 qram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.

Bakıda xüsusi əməliyyat: adam oğurlayan cinayətkar dəstə yaxalandı -


Bakıda xüsusi əməliyyat: adam oğurlayan cinayətkar dəstə yaxalandı -


Bakıda xüsusi əməliyyat: adam oğurlayan cinayətkar dəstə yaxalandı -


Bakıda xüsusi əməliyyat: adam oğurlayan cinayətkar dəstə yaxalandı -


Bakıda xüsusi əməliyyat: adam oğurlayan cinayətkar dəstə yaxalandı -


Bakıda xüsusi əməliyyat: adam oğurlayan cinayətkar dəstə yaxalandı -


Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz