İş səyahətlərində nə qazana bilərsiniz?

Xəbərin çap versiyası
Tarix: 13-11-2017, 08:00
İş səyahətlərində nə qazana bilərsiniz?


İş üçün nə zaman səyahət edib-etməyəcəyinizə necə qərar verirsiniz. Məsələn, bir konfrans gördünüz və qatılmaq istəyirsiniz və ya işçilərinizdən biri qatılmaq istəyir.

SİVİL.AZ
bildirir ki, konfrans ən bəsit mənada bir təlim fürsəti olaraq görülə bilər. Hətta mövcud sektordakı əlaqələrinizi genişləndirmək üçün sizə fürsət qazandıra bilər. Lakin ağıllı bir biznesmen bu səyahətdən bir qazanc əldə etməyi düşünür. Bu o deməkdir ki, bir iş səyahətinə hazırlaşarkən səyahət sonrasını da planlayır.

Özünüzün getmək istədiyi və ya işçinizi göndərməyi düşündüyünüz bir səyahətdən öncə aşağıdakı suallar üzərində düşünməlisiniz:

1. Tədbirə və ya iclasa sizin şirkətdən başqa kimlər qatılır? Tədbir əsnasında əlaqə quracağınız insanların siyahısını hazırlayın.

2.
Tədbirə qatılan şirkətləri, şirkətin rolunu və tarixini araşdırdınızmı?

3. Qatılacağınız tədbir xaricində gedəcəyiniz şəhərdə müştəri əlaqələrini gücləndirmək üçün nəsə fikirləşdinizmi?

4. Bu fəaliyyətiniz nəticəsində satışlarınız artacaqmı və ya şirkətinizə potensial iş fürsətləri yaradacaqmı ?

Səyahətdən sonra planlaşdırma:


1. Tanıdığınız yeni insanlara göndərməli olduğunuz əlavə bir məlumat, təklif və ya təşəkkür mesajınız varmı?

2. Marketinq şöbəsində çalışan yeni tanıdığınız insanlara şirkətinizlə bağlı təqdimat məktubu göndərdinizmi?

3. Qatıldığınız tədbirdə yeni tanıdığınız kiməsə hər hansı bir məsələ ilə bağlı kömək etmək sözü vermisinizsə bu sözü yerinə yetirdinizmi?

4.
Rəqib şirkətlər haqqında hansı məlumatları topladınız?

5.
Bu səyahətinizlə bağlı nələri reallaşdırdınız, maksimum nəticə üçün nələri inkişaf etdirməlisiniz?

Ümumilikdə tədbirlər və ya konfranslar yarım sosial fürsətlər olaraq qiymətləndirilir. Buna görə də nə tədbirləri tamamilə səssizcə izləməlisiniz, nə de yeni tanış olduğunuz insanlara dərhal nə isə satmağa çalışmalısınız.

İş səyahətlərinə şirkətinizin daxilindəki digər normal fəaliyyət kimi yanaşmalısınız. Səyahətə başlamadan öncə bir məqsədiniz və planınız olmalıdır. Daha sonra planı reallaşdırmalısınız. Səyahətə tətil olaraq deyil, iş olaraq yanaşsanız maksimum nəticə əldə edə bilərsiniz. (biznesmen.az)

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz