• Şikayət et

Zəngilan Hava Limanı beynəlxalq kataloqa daxil edildi

Qarabağda tikilməkdə olan Zəngilan Beynəlxalq Hava Limanına kod təyin edilməsi ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatından (ICAO) müsbət rəy alınıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, hava limanına ICAO-nun dördhərfli “UBBZ” kodu təyin olunub.

Bu barədə məlumat ICAO-nun “Məkan indeksləri)” (ICAO Doc 7910/182) nəşrinin 2022-ci il mart buraxılışında dərc olunaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaq.

Qeyd edək ki, 2021-ci ilin aprel ayında inşasına başlanmış sözügedən hava limanı Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas ərazisi ilə birləşdirəcək.

Bizim.Media

Mənbə:
0
137
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar