Yevlaxın sabiq icra başçısı azadlığa buraxıldı- VİDEO

Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov həbsdən buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya onun vəkili Elnur Vəliyev məlumat verib.

Vəkil bildirib ki, bir müddət əvvəl sabiq icra başçısının vəziyyəti pisləşib və o, Bakı şəhərində Mərkəzi Klinikaya yerləşdirilib.

Ötən gün isə həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verilib.

Şəki Ağır Cinayətlər Məhkəməsi vəsatəti təmin edib və sabiq icra başçısı barədə başqa yerə getməmək barədə iltizam tədbiri seçilib.

***

Q.Səmədovun vəkili Elnur Vəliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sabiq icra başçısı dünən azadlığa buraxılıb: “Ürək damar sistemindəki problemlərə görə əməliyyat olunacaq. Əvvəllər də bu səbəbdən bir dəfə açıq ürək əməliyyatı keçirib. Bundan başqa şəkər xəstəliyi və hiporteniyası var.

Dünən məhkəmədə vəsatətimizə baxıldı və təmin olundu. Hazırda Qoca Səmədov Mərkəzi Klinik Xəstəxanadadır. Məhkəmə prosesi səhhətinə uyğun olaraq davam etdiriləcək”.

 


Mənbə:
0
1254
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar