Visiontv.az xəbər verir ki, dövlət başçısı abidənin önünə gül dəstəsi qoyub.
Baş Prokurorluğun mətbuat xidmətindən Visiontv.az-a verilən xəbərə görə, Hərbi Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2 maddələri ilə cinayət işi başlanıb, lakin Zahid Niftəliyev istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
O, ötən gün saxlanılmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Visiontv.az xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində paylaşım edilib.
“Sən bizimsən, bizimsən durduqca bədəndə can, Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan! Azərbaycan türkü qardaşlarımızın 28 May - Müstəqillik Günü mübarək olsun. “Bir millət, iki dövlət” anlayışı ilə hər zaman bir və bərabər olmağa davam edəcəyik”, - paylaşımda bildirilib.
Visiontv.az xəbər verir ki, paylaşımda deyilir:
“Azərbaycanın zəngin dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mühüm yer tutur. Bu əlamətdar hadisə ilə müsəlman aləmində ilk demokratik respublikanın əsası qoyulub. 28 May - Müstəqillik Günü münasibətilə təbriklərimi çatdırır, vətənimizə sülh, tərəqqi və firavanlıq arzulayıram”.
Buna görə də Rusiyanın Ukrayna ilə yanaşı daha iki istiqamətdə - Suriya və Qarabağda hərbi varlığını davam etdirməsi çətinləşir. Kreml seçim edərkən Suriyadakı hərbi varlığını minimuma endirmək qərarına gəlib. Bu Türkiyənin Suriya ərazisində mövqelərini gücləndirmək üçün yeni imkanlar açır. Kreml Türkiyənin Suriyada PKK və onun törəmələrinə qarşı mübarizəsini əngəl olmaq istəmir. Əksinə, Rusiya xarici işlər naziri Sergey Lavrov Suriyadakı kürdlərin ABŞ-la ittifaqından narahat olduqlarını və bu mənada Türkiyəni anladıqlarını bildirib. Lavrov bu açıqlamanı Kreml sahibi Vladimir Putinin təlimatıyla səsləndirib. Qərbin Rusiyaya qarşı sərtləşən sanksiyaları fonunda Putinin Türkiyə ilə sıx münasibətlərə əvvəlkindən daha çox ehtiyacı var.
Qaldı Qarabağ. Elə etməliyik ki, Kreml hərbçilərini yaxın gələcəkdə ərazimizdən də çıxarmaq barədə qərar qəbul etsin. Bu məsələnin həllində də Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın rolu olacaq. Ərdoğanın təyyarəsi bir neçə saatdan sonra Bakı hava limanına enəcək. Rusiyanın Suriyanı tədricən tərk etməsinin eynisinin Qarabağda həyata keçirilməsi imkanlarının Bakıda müzakirə ediləcəyi istisna deyil.
Elxan Şahinoglu
Visiontv.az
Visiontv.az xəbər verir ki, paylaşımda deyilir:
“Müsəlman aləmində ilk demokratik respublikanın yaradılması ilə əlamətdar olan 28 may - Müstəqillik Günü münasibətilə xalqımızı ürəkdən təbrik edir, müstəqilliyimizin əbədi olmasını arzu edirəm.
Müstəqillik Günümüz mübarək”.
Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, 50 iştirakçıdan 25 startap final mərhələsinə keçid alıb. Startaplar pitçinq, innovativlik, müştəri yönümlülük, rəqabətədavamlılıq, məhsul təklifi, kommersiyalaşdırılma potensialı və komanda səriştəliliyinə görə qiymətləndirmə prosesindən keçiblər.
Orxan Kərimov
Azərbaycan xalqı onları niyə tanımır?
Bu gün Şərqin ilk parlamentli respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 104 il ötür. Bu tarixi reallıq Azərbaycanın zəngin dövlətçilik ənənələrinə malik olduğunu göstərməklə yanaşı, xalqımızın Şərqdə ilk demokratik respublika və Türk dünyasında ilk dünyəvi dövlət qurması gerçəkliyini ifadə edir.
Ümumiyyətlə, Cümhuriyyətin yaranması və fəaliyyətinin siyasi fəlsəfəsinə diqqət yetirdikdə, bu xüsusda müasir dövrün reallıqlarına nəzər saldıqda 5 mühüm qənaət ifadə edə bilərik:
- Azərbaycan Xalq Cümhuriyyətinin yaranması XX əsrin əvvəllərində mürəkkəb beynəlxalq münasibətlər sistemində xalqımızın milli istiqlaliyyət mücadiləsinin şanlı səhifəsi kimi tarixi hadisə idi;
- Cümhuriyyət XX əsrin Şərqi üçün milli dövlətçilik ənənələri baxımından perspektiv inkişafın siyasi modelinə çevrildi;
- Xalq Cümhuriyyəti dövründə mühüm dövlətçilik ənənələri və idarəetmə mədəniyyəti formalaşdırıldı. Cəmi 23 ay yaşayan Cümhuriyyət dövlət quruculuğu, eləcə də milli dövlətçiliyin əsaslarının gücləndirilməsi sahəsində əhəmiyyətli qərarları ilə yadda qaldı;
- Bir əsrdə ikinci dəfə müstəqilliyini əldə etmiş Azərbaycan ümummili lider Heydər Əliyevin milli maraqlara əsaslanan uğurlu siyasəti nəticəsində Xalq Cümhuriyyətinin taleyini yaşamaq - müstəqilliyini itirmək təhlükəsindən xilas oldu;
- Cümhuriyyətin ənənələrini yaşadan müasir müstəqil Azərbaycan Respublikası yeni zirvələr fəth edərək zəngin dövlətçilik tariximizin növbəti şərəfli səhifələrini yaradır. Heydər Əliyev ideyaları sayəsində və Prezident İlham Əliyevin müasir çağırışlara əsaslanan proqressiv siyasəti nəticəsində tarixi nailiyyətlər qazanan, öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan çoxəsrlik dövlətçilik tarixində heç vaxt indiki qədər güclü - qüdrətli olmayıb.
Xalq Cümhuriyyətinin yaranması və 23 aylıq fəaliyyəti barədə çox yazılıb, tarixi faktlar və dövrün reallıqları dəfələrlə ifadə olunub. Amma nəinki həmin dönəmin, hətta dövlətçilik tariximizin ən kritik - taleyüklü hadisələrindən biri - İrəvanın verilməsi məsələsi ya yetərincə tədqiq olunmayıb, ya da zəruri məsələlər diqqətə çatdırılmayıb - reallıqlar kölgədə qalıb. Ona görə də cəmiyyətdə, hətta tarix ixtisası üzrə müvafiq ali təhsilə malik olan şəxslərdə bu barədə ümumi bilgisizlik var. Belə olmasaydı, Azərbaycan toplumu Cümhuriyyət dövrünün gerçək qəhrəmanlarını da yaxşı tanıyardı. Söhbət Nəriman bəy Nərimanbəyli, Bağır bəy Rzayev və Mir Hidayət bəy Seyidovdan gedir.
Bəhs olunan şəxsiyyətlərin tarixi xidmətləri, həyat və fəaliyyətləri barədə söz açmamışdan əvvəl qeyd edək ki, Azərbaycan Milli Şurası 1918-ci il mayın 29-da keçirilmiş iclasda səs çoxluğu ilə İrəvan şəhərini Ermənistan respublikasının paytaxtı kimi tanımağı mümkün sayıb və bu şəhəri ermənilərə “bağışlayıb”. İrəvana sahiblənən ermənilər sonralar yaranmış şəraitdən sui-istifadə edərək digər ərazilərdən də azərbaycanlıları qovmağa, deportasiya etməyə başlayıblar və bu yolla öz ərazilərini genişləndiriblər.
Təfərrüatlara varsaq: 1918-ci il mayın 29-da Tiflisin Canişin sarayında toplaşan Milli Şuranın iclasında Fətəli xan Xoyski bildirmişdi ki, Azərbaycan və Ermənistan öz sərhədlərini müəyyənləşdirməyi qərara alıb, Ermənistan federasiyasının yaradılması üçün siyasi mərkəz lazımdır. O vaxtadək ermənilər özləri üçün indiki Gümrü (o zaman Aleksandropol) şəhərini mərkəz hesab edirdilər. Brest-Litovsk sülh müqaviləsinə əsasən, Qars və Ərdahanla birgə Aleksandropol Türkiyəyə verilmişdi. Buna görə də ermənilər İrəvanın siyasi mərkəz kimi onlara verilməsini istəyirdilər. Fətəli xan Xoyski də öz çıxışında İrəvanın ermənilərə güzəştə gedilməsinin zəruriliyini bildirdi. Söhbət İrəvanın Ermənistan dövlətinə yox, Ermənistan federasiyasına siyasi mərkəz olaraq verilməsindən gedirdi.
Burada iki məqama xüsusi diqqət yetirmək lazımdır. Birincisi, bu qərar verilməmişdən hələ iki ay əvvəl 1918-ci ilin mart ayından başlayaraq Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirilmişdi; ikincisi isə, İrəvanın verilməsindən sonra ermənilər iddialarını davam etdirdilər. Nəzərə almaq lazımdır ki, İrəvan quberniyasının xeyli ərazisi Azərbaycan Cümhuriyyətinin inzibati ərazi vahidi kimi qalırdı. Ermənilər İrəvanı şəhər kimi əldə etdikdən sonra daha geniş ərazilər barədə iddia qaldırdılar. 1920-ci ilin aprelində bolşeviklər Azərbaycanı işğal etdilər və noyabrda Zəngəzur da Ermənistana verildi.
Prezident İlham Əliyev 2021-ci il?? bu hadisələr barədə danışaraq qeyd etmişdi: “Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqı qarşısında böyük xidmətləri var. Ancaq biz tarixi malalamamalıyıq, bilməliyik tarixi. Bilməliyik, 1918-1920-ci illərdə ki, Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərirdi, müstəqilliyimiz yarımçıq idi. İrəvanı verdik Ermənistana. Halbuki buna o vaxt İrəvandan olan nümayəndələr etiraz edirdilər. Onların səsinə fikir verən olmamışdı... Biz elə saxta tarixin girovuna çevrilmişik. Hər şeyi bilməliyik - kimin tarixdə hansı rolu var və nəticə nədən ibarətdir”.
Qeyd etdiyimiz kimi, İrəvanın Ermənistana verilməsinə qarşı yalnız 3 nəfər çıxış etmişdi - Nəriman bəy Nərimanbəyli, Bağır bəy Rzayev və Mir Hidayət bəy Seyidov. Onlar Milli Şuranın İrəvanın ermənilərə güzəşt edilməsinə dair qərarına qarşı ərizə ilə müraciət (etiraz) etdilər. Amma... Maraqlı və təəccüblüdür ki, həmin yazılı müraciət arxiv sənədlərindən yoxa çıxarıldı. Üstəlik, İrəvan şəhəri ermənilərə peşkəş edilərkən şəhər əhalisi arasında hansısa rəy sorğusu və ya səsvermə keçirilməmişdi.
Milli məsələdə sağlam əqidə və qətiyyətli mövqe ortaya qoyan Cümhuriyyət dövrü qəhrəmanlarını yaxından tanımaq (və tanıtdırmaq) xalq, dövlət qarşısında məsuliyyətli olmaqla yanaşı, şərəfli vəzifə və zərurətdir.
Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçısı, 1918-ci il mayın 28-də Müstəqillik Aktını imzalayanlardan biri, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü, ictimai-siyasi və dövlət xadimi Nəriman bəy Nərimanbəyli 1889-cu ildə Şuşa şəhərində anadan olmuşdu. O, uşaq olarkən ailəsi İrəvana köçdüyü üçün orta təhsilini İrəvan Gimnaziyasında almış, Moskva Universitetinin fizika-riyaziyyat şöbəsində, sonra isə Xarkov Universitetinin hüquq fakültəsində oxumuşdu. Təhsil alarkən “Azərbaycanlı tələbələrin həmyerlilər cəmiyyəti”nə rəhbərlik edirdi. Cəmiyyət üzvlərinin verdikləri tamaşaların gəliri ? Dünya müharibəsindən zərər çəkmiş müəllimlərin ailələrinə paylanırdı. N.Nərimanbəyli 1915-ci ildə ali təhsilini başa vurub vətənə qayıtdıqdan sonra öz ixtisası üzrə vəkil işləməklə yanaşı, “Müsəlman xeyriyyə cəmiyyəti”nə rəhbərlik edib.
1917-ci ildə “Müsavat” partiyasına daxil olan N.Nərimanbəyli 1918-ci ilin fevralında Zaqafqaziya Seyminin üzvü seçilmiş, Seymin müsəlman fraksiyasının, Zaqafqaziya Federasiyasının süqutundan sonra isə Azərbaycan Milli Şurasının üzvü olmuşdu. Nərimanbəyli 4-cü hökumət kabinəsində dövlət müfəttişi vəzifəsini daşıyırdı. 1920-ci ilin aprelində bolşeviklərin Cümhuriyyəti süquta uğratmasından sonra Nəriman bəy Nərimanbəylinin həyatının ağır günləri başlayır. O təqiblərə məruz qalır, “Müsavatçı” adına görə sıxışdırılır. 1923-cü il iyunun 21-də həbs edilir, işgəncələrə məruz qalır. Bir neçə ay sonra azadlığa buraxılsa da, həmin il oktyabrın 5-də yenidən həbs olunur. Bir müddət sonra azad edilsə də, 1925-ci ilin mayında üçüncü dəfə həbs olunur. Lakin həmin il iyunun 10-da azad edilir. Ömrünü milli azadlıq ideyasına, istiqlaliyyət məfkurəsinə həsr etmiş şəxsiyyətin bu dəyərlərə görə azadlıqdan məhrum edilməsi taleyin acı ironiyası idi.
Buna baxmayaraq, ona Bakını tərk etmək, müstəqil hərəkət etmək qadağaları qoyulur. Bundan sonrakı illərdə Nəriman bəyin hüquqları məhdudlaşdırıldı, seçici hüququndan məhrum edildi, işdən uzaqlaşdırıldı. 1937-ci il repressiyaları zamanı Nəriman bəy bir qrup “müsavatçı” ilə birlikdə Solovki düşərgəsinə sürgün edilir. Nəriman bəy Nərimanbəyli 48 yaşında Sovet hökumətinin qərarı ilə güllələnib...
1893-cü ildə İrəvan şəhərində anadan olan, gimnaziyada oxuyan, 1911-ci ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil olan Bağır bəy Rzayev isə Müsəlman Sosialist Blokunun üzvü olaraq Zaqafqaziya Seyminə üzv seçilmiş, burada müsəlman fraksiyasının və Müsəlman Sosialist Bloku qrupunun üzvü olmuşdu. 27 may 1918-ci il tarixində Müsəlman Sosialist Bloku sıralarından Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilmişdi. B.Rzayev 7 dekabr 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sıralarından birbaşa parlament üzvlüyünə qəbul olunmuş, Sosialistlər fraksiyasını təmsil etmişdi. O, Nəriman bəy Nərimanbəyli və Mir Hidayət bəy Seyidovla birgə İrəvan Milli Komitəsinin üzvü idi. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 1 iyun 1918 tarixli sayca 3-cü və Tiflis Canişin Sarayında baş tutan iclasında Bağır bəy Rzayev İrəvana göndəriləcək nümayəndə heyəti ilə bağlı müzakirələrdə demişdi: “Mən əminəm ki, İrəvan quberniyasına sizlərdən heç kim getməyəcək. Oraya biz İrəvanlılar - mən və Seyidov gedəcəyik. Sizdən bir xahiş edirik: öz Azərbaycanınızın müstəqilliyini təmin edib, bizi - Ermənistan Respublikasının ərazisində qalanları yaddan çıxarmayın”.
Bağır bəy Rzayev parlamentin 17 iyul 1919-cu il tarixli iclasında isə demişdi: “Bir il əvvəl İrəvanda 22 min müsəlman yaşayırdı. Şəhərə tək-tək qayıdanlar evlərini və əşyalarını dağıdılmış görürlər”.
Məmmədhəsən Hacınski rəhbərliyində qurulması planlaşdırılan 6-cı hökumətdə sosialistlər hərbi nazirlik postuna Bağır bəy Rzayevi irəli sürmüşdülər, lakin hökumət qurmaq nəsib olmadı. 1920-ci ildə bolşeviklərin işğalından sonra mühacirət həyatı yaşayan Bağır bəy daha sonra Azərbaycana geri dönmüşdü. Lakin tarixi mənbələrdə göstərildiyi kimi, siyasi təzyiqlərə, davamlı təqiblərə dözməyərək 1927-ci ildə intihar edib.
1887-ci ildə Gəncədə (o vaxtlar Yelizavetpol adlanırdı) anadan olan və gimnaziyada, daha sonra Kazan Universitetinin hüquq fakültəsində təhsil alan Mir Hidayət bəy Seyidov İrəvan və Naxçıvan quberniyalarının Müsəlman Milli Şurasının sədri olub, Zaqafqaziya Seymində müsəlman fraksiyasının fəal üzvlərindən biri kimi tanınıb. O, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 44 nəfər Milli Şura üzvündən biri kimi fəaliyyət göstərib.
Mir Hidayət bəy 1918-ci ildən başlayaraq ermənilərin hücum etdikləri Naxçıvana gələrək Ordubadın müdafiə olunmasında iştirak edib. Tədqiqat mənbələrində göstərilir ki, o, müxtəlif vaxtlarda Ordubad Milli Müdafiə Şurasının sədri olub.
23 fevral 1919-cu ildə Ordubadda vəfat edən Mir Hidayət bəy bolşeviklərin işğalını - Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu görmədi, digər əqidə yoldaşları kimi amansız təqiblərə və işgəncələrə məruz qalmadı. Amma adını tarixə əbədi həkk etdirən əqidə və mənəviyyat adamı, əsl vətənpərvər və istiqlalçı olduğunu tarixin mühüm anında bir daha sübuta yetirdi.
Azərbaycan Prezidentinin daim diqqət mərkəzində saxladığı əsas məsələlərdən biri xalqımızın öz tarixi irsinə sahib çıxması, milli keçmişimizə aid reallıqların öyrənilməsi və geniş təbliğ olunmasıdır. Bu, şübhəsiz ki, milli yaddaşın bərpası baxımından mühüm əhəmiyyətə malikdir. Dövlət başçısı xalqımızın milli hafizəsinin yenilənməsini təkcə tarixi məsələ kimi deyil, həm də siyasi, mənəvi, mədəni və ideoloji hadisə kimi nəzərdən keçirir. Çünki Azərbaycanın gələcək hədəflərinə nail olmaq - perspektiv inkişaf yolu həm də milli keçmişimizə sahib çıxmaqdan, tarixi yaddaşımızın siyasi-ideoloji, mədəni-mənəvi qatlarını yeniləməkdən keçir. Ona görə də Azərbaycan Prezidenti vaxtaşırı milli-ictimai yaddaşa mühüm tarixi məsələləri təqdim edir, bununla bağlı müvafiq addımlar atılır. Məsələn, dövlət başçısı 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradılandan bir gün sonra İrəvan şəhərinin Ermənistan dövləti üçün paytaxt şəhəri olmasına razılıq verməsini, eləcə də indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradılmasını xüsusi olaraq vurğulayır. Prezident İlham Əliyev qətiyyətlə vurğulayır ki, “İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”. Şübhəsiz ki, bu siyasi-strateji hədəfimizə uyğun müvafiq addımlar atılır, həmçinin tarixi-mədəni və mənəvi-ideoloji əhəmiyyəti çox böyük olan işlər görülür.
Tarixi faktlar həm də siyasi reallıqdır. Tarix isə dərs - nəticə çıxarmaq üçün əvəzsiz vasitədir. Çünki tarix dünənin siyasəti, siyasət isə bu günün tarixidir.
Nurlan Qələndərli
yeniazerbaycan.com
Bu barədə Visiontv.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
"Bu münasibətlə Əlaslan Ağayevi qəbul edən nazir daxili işlər orqanlarında uzun müddət səmərəli fəaliyyət göstərdiyinə görə ona təşəkkürünü bildirib, bundan sonrakı həyatında uğurlar arzulayıb", - məlumatda qeyd edilib.
Visiontv.az xəbər verir ki, onların 7-si də azadlığa buraxılıb.
Azadlığa buraxılanlar arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi, general-mayor Teymur Quliyev və MTN-in digər vəzifəli şəxsləri var.
Qeyd edək ki, sərəncam çərçivəsində humanizm prinsipləri əsas götürülərək ümumilikdə 213 nəfər əfv edilib.
APA
Visiontv.az xəbər verir ki, Mövlud Çavuşoğlu bu barədə "Twitter"də paylaşım edib.
"Bir dəfə yüksələn bayraq bir daha enməz!
Can Azərbaycanın Müstəqillik Günü Mübarək! Azərbaycanlı qardaşlarımızı səmimi qəlbdən salamlayır, müstəqillik yolunda şəhid olan qəhrəmanların xatirəsini rəhmət və ehtiramla yad edirəm", - Türkiyə XİN başçısı qeyd edib.
Visiontv.az xəbər verir ki, paylaşımda deyilir:
“Bütün Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət arzulayıram! Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!”
“TEKNOFEST Azərbaycan” festivalının növbəti günü də böyük maraqla qarşılanıb, şoular, müsabiqələr və əyləncə proqramı ilə zəngin olub.
FOTO: Azər İbrahimov
Visiontv.az xəbər verir ki, görüş çərçivəsində Azərbaycan və Türkiyə arasında kosmik sənaye, müvafiq mütəxəssislərin hazırlanması üçün birgə mərkəzin yaradılması, kadr potensialının artırılması, o cümlədən elektron imzaların qarşılıqlı tanınması istiqamətində müzakirə aparılıb. Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi arasında birgə texnoparkın yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.
APA
Visiontv.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Salam Doktor” platforması üzərindən əhaliyə xidmət göstərən azərbaycanlı həkimlərlə videobağlantı vasitəsilə söhbətində deyib.
“Bildiyiniz kimi, keçən ay Dünya Azərbaycanlıların Qurultayı ilk dəfə olaraq Şuşada keçirilmişdir. Hamımızın böyük arzusu idi ki, bir gün bu qurultay Şuşada keçirilsin, buna da nail olduq. Xaricdə yaşayan yüzlərlə azərbaycanlı doğma Şuşamıza gəlib burada öz ürək sözlərini deyə biliblər. Əlbəttə ki, dünya azərbaycanlılarının azad edilmiş torpaqlarda bərpa işlərinin aparılmasında da böyük rolu ola bilər. Artıq var, biz bunu görürük. Bax, bugünkü bizim videobağlantımız bunu əyani şəkildə göstərir.
Bildiyiniz kimi, biz azad edilmiş torpaqları müasir mütərəqqi texnologiyalara əsaslanmış böyük bir məkan kimi görmək istəyirik və indi olduğumuz Ağalı kəndinin timsalında bunu görürük. Ona görə aparıcı Qərb ölkələrinin texnologiyaları, o cümlədən tibb sahəsində və digər sahələrdə burada tətbiq edilərsə, əlbəttə ki, biz istədiyimizə nail ola bilərik.
Bu gün biz videoformatda görüş keçirərək bir-birimizi görürük. Amma arzu edirəm ki, siz buraya da gələsiniz, azad edilmiş digər yerlərdə, o cümlədən Ağalı kəndində də olasınız və bu gediş-gəliş daimi olsun.
Mən Qurultay zamanı xaricdə yaşayan soydaşlarımıza üz tutaraq demişdim ki, istərdim, hər biriniz heç olmasa ildə bir dəfə Azərbaycana, Qarabağa, Zəngəzura gələsiniz və bizim bu canlı bağlantımız, qəlbdən-qəlbə gedən bu bağlar daha da möhkəm olsun. Bu gün burada iştirak etdiyiniz üçün sizə təşəkkürümü bildirirəm”.
BAKU.WS
Visiontv.az xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.
“Azərbaycan xalqının süfrəsi daim dolma, düşbərə və kababla dolu olsun. Həmişə sağlam və firavan olun. Qəlbləriniz hər zaman isti olsun”, - o bildirib.
Visiontv.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər, həmçinin kəndin ictimaiyyət nümayəndələri ilə də görüşüblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağalı kəndindəki "Rahat market"ə də baş çəkiblər. Birinci xanım mağazada satılan isti təndir çörəyinin dadına baxıb. Daha sonra dövlət başçısı ilə birlikdə marketdə yaradılan şəraitlə tanış olublar.
Sonda isə işçilərlə xatirə fotoları çəkdirilib.
İTV
Həqiqətən də fəxr edərdilər, ən azı o səbəbdən ki, onların dövlət kimi varlığını təsdiqlətmək üçün çarpışdıqları Azərbaycan əsrin əvvəlindəki beynəlxalq konyukturanın qalmasına rəğmən artıq regionun liderinə çevrilmiş və hətta BMT Təhlükəsizlik Şurasının üzvü ola bilmişdi.
Bu gün, ikinci Qarabağ savaşından sonra isə əminəm ki, ulu öndər Heydər Əliyevlə birgə Cümhuriyyət qurucularımızın da ruhları daha da şad və rahatdır. Həm də ona görə şad və rahatdır ki, bir zaman onlar Qafqazda Azərbaycan dövləti qurmağa çalşıdıqları halda hazırda Azərbaycanda, Qarabağda yeni Qafqaz qurulur. Ötən il iyunun 15-də iki qardaş dövlət arasında Şuşada imzalanan müttəfiqlik qətnaməsi, savaşdan sonra ora getmək istəməyən bəzi qərb ölkələrinin səfirlərinin indi qala qapıları önündə şəkil çəkdirib paylaşmaları, Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantının artıq milli passionarlıq paytaxtımıza da çevrilən o müqəddəs şəhərimizdə keçirilməsi bunun təsdiqi deyilmi? Və bu həm də onun təsdiqi deyilmi ki, yenə də dövlətimizin başçısının vurğuladığı kimi Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb?!
Əslində, təkcə Azərbaycan yox, “Bir millət, iki dövlət, tək festival” devizi altında Bakıda düzənlənən “Teknofest” də göstərdi ki, elə bu, Türkiyəyə də aiddir. Son 100 ildə Türkiyə də heç vaxt indiki kimi güclü görünməyib və ölkələrimiz də bu qədər bir-birinə həmdəm olaraq eyni hədəfə vurmayıblar.
Burada, əlbəttə, iki qardaş dövlətin liderinin böyük güclərin bütün əks cəhdlərinə rəğmən milli maraqlara dayanan müstəqil siyasət yeritməyi bacarmaları da az rol oynamır. Tanrı hər ikisinə yar, bayramınız qutlu olsun!
Millət vəkili Sahib Alıyev
Visiontv.az
Visiontv.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Hulusi Akarın səfərinin hərbi sahədə əməkdaşlığımızın genişlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Türkiyənin milli müdafiə naziri 28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib. Qeyd edilib ki, bu bayram günündə də bir yerdə olmağımız qardaşlıq rəmzidir.
Söhbət zamanı Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Festivalının önəminə toxunuldu və bu tədbir yüksək səviyyəli münasibətlərimizin bariz nümunəsi kimi qiymətləndirilib.
Görüşdə digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığımızın uğurla davam etdiyi qeyd olundu, əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Əmək və Əgalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Visiontv.az-a verilən məlumata görə, “Smart DOST” sistemi ilə vətəndaşlar əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahəsində onlayn formada 100-dən çox xidmətdən şəffaf, rahat və əlçatan şəkildə faydalana biləcəklər.
Məntəqəyə yaxınlaşan vətəndaşa xidmət onlayn qəbul sistemi vasitəsilə virtual olaraq, DOST agentləri tərəfindən həyata keçiriləcək. Ehtiyac yarandıqda məntəqədə vətəndaşa texniki dəstək göstərəcək əməkdaşın fəaliyyəti də nəzərdə tutulub.
Yeni “Smart DOST” məntəqəsində rəqəmsal sistemin quraşdırılması və istifadəyə verilməsi işləri DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilib.
1918-ci il may ayının 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş oldu. Bəyannamənin qəbulu ilə xalqımız çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmək, hürr yaşamaq iradəsini ifadə etdi. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti formalaşdı, ilk dəfə nizami ordu quruculuğu istiqamətində addımlar atıldı. Dövlət atributları və sərhədlər müəyyən edildi, respublikanın beynəlxalq münasibətlər sisteminin müstəqil subyekti kimi tanınması istiqamətində mühüm addımlar atıldı. Qısa müddət ərzində elm və təhsilin, səhiyyənin, sənayə və kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı əvəzzis addımlar atıldı, zəruri qanunvericilik bazası yaradıldı. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti bir çox mütərəqqi addımları ilə bərabər, həm də müsəlman Şərqinin ilk demokratik respublikası kimi tarixə düşdü.
Təəssüf ki, 1920-ci il aprel ayının 28-də Cümhuriyyət parlamenti mövcud reallıqları nəzərə alaraq hakimiyyəti Qırmızı Orduya təhvil vermək məcburiyyətində qaldı.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı 15 oktyabr 2021-ci il tarixli Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 28 may tarixi bu il ilk dəfə Müstəqillik Günü kimi qeyd ediləcək.
2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə müzəffər Ali Baş Komandan başda olmaqla qalib Azərbaycan Ordusu 30 illik erməni işğalına son qoyaraq, dövlətimizin ərazi bütövlüyü, sərhəd toxunulmazlığı və dövlət suverenliyini təmin etdi. Artıq ikinci ildir ki bu şərəfli tarixi - 28 mayı xalqımız qalib xalq kimi qeyd edir.
Şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı, xalqımızın ədaləti, mərdliyi hesabına qazandığımız müstəqilliyimiz əbədi olsun.
Bayramımız - Müstəqillik Günümüz mübarək!
Anar Əliyev,
tarix üzrə fəlsəfə doktoru, politoloq
Visiontv.az