• Şikayət et

Terror zamanı yaralanan Vasif 4 saatlıq əməliyyat keçirdi

Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı terrorçunu zərərsizləşdirən Vasif Tağıyev əməliyyat olunub.

Visiontv.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib. O qeyd edib ki, əməliyyat olunan yaralının vəziyyəti yaxşıdır: “Həyatı təhlükəsi yoxdur”.

Vasifin anası Təranə Tağıyeva isə bildirib ki, oğlu əməliyyatı haqda ona əvvəlcədən məlumat verməyib: “Bizə məlumatı dostu verir. Çiynində güllə yarası, çənəsində sınıq olub. Əməliyyat dörd saat yarım çəkib”

Qeyd edək ki, ötən gün saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki əməkdaş isə yaralanıb. 


Mənbə:
0
37
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar