• Şikayət et

Vətən müharibəsi iştirakçısı şəhid analarına mahnı həsr edib

Fərid Kərimov Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyinə görə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2020-ci il 26 noyabr tarixli qərarı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.

BAKI, 27 sentyabr — Sputnik. İkinci Qarabağ müharibəsi iştirakçısı, müğənni Fərid Kərimov şəhid anaların həsr etdiyi mahnısını sosial şəbəkədə təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, mahnının sözləri və musiqisi müğənninin özünə məxsusdur. Müğənni bildirib ki, bir il öncə, bu gün ailəsi ilə sağollaşıb müharibəyə yol düşüb.

Qeyd edək ki, müğənni bundan öncə də şəhidlərimiz haqqında mahnılar ərsəyə gətirib.

Məlumat üçün bildirək ki, Fərid Kərimov Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyinə görə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2020-ci il 26 noyabr tarixli qərarı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.

Mənbə:
0
1904
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar