• Şikayət et

Nəqliyyat Ekspeditor Şirkətləri Assosasiyasının nümayəndələri ilə müzakirələr aparılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və irəli sürdükləri təkliflərin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlıq və görüşlər davam etdirilir.

Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsi tərəfindən təşkil edilmiş növbəti belə görüş İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın və “Nəqliyyat Ekspeditor Şirkətləri Assosasiyası” İctimai Birliyinin nümayəndələri ilə onlayn formatda keçirilib. Görüşdə xarici ölkələrdə çəkilən xərclərin gəlirlərdən çıxılması, logistika sahəsində uçot və hesabatlılığın sadələşdirilməsi və “kölgə iqtisadiyyatı”nın həcminin azaldılması ilə bağlı assosiasiya tərəfindən irəli sürülən təkliflər müzakirə edilib.

Dövlət - biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi məqsədilə görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

Mənbə:
0
129
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar