Tokio-2020: Yaponiyaya hamıdan əvvəl cüdoçularımız yollanacaq

Azərbaycan idmançıları Tokio-2020 Yay Olimpiya Oyunlarına qrafik əsasında yollanacaq.

"Report"un məlumatına görə, bu barədə jurnalistlərə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə açıqlama verib.

O bildirib ki, Yaponiya paytaxtına hamıdan əvvəl cüdoçular yollanacaqlar: "Onlar yarışa bir həftə qalmış - Olimpiya Kəndi açılanda gedəcəklər. Digər idmançılar da səfərə öz vaxtında yola düşəcəklər. Yarışa 2 gün qalmış ora yollanıb, uzağı 2 gün sonra Yaponiyanı tərk etmək lazımdır. Başqa cür mümkün deyil. Bu, olimpiadanın qaydaları ilə tənzimlənir".

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək.

Mənbə:
0
35
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar