Polşanın CD Projekt RED şirkəti bu ilin birinci rübü üzrə hesabatını təqdim edən zaman növbəti “The Witcher” oyununun hazırlanma mərhələsi barəsində məlumat verib. Qeyd etmək lazımdır ki, yeni “The Witcher” oyununun hazırlandığı rəsmi şəkildə mart ayında anons edilmişdi. İndiyənə kimi oyunun hansı hazırlanma mərhələsində olduğu barəsində məlumat verilməmişdi. İndi verilmiş məlumata əsasən isə şirkət oyunun hazırlanması üzrə tədqiqat mərhələsini artıq geridə qoyub və onun ilkin hazırlanma mərhələsinə keçid edib.
Adətən ilkin hazırlanma mərhələsində şirkətlər hazırlanma prosesinin planlaşdırılmasını, oyunun təsvirini əks etdirəcək dokumentasiyanın və prototipin tərtib edilməsini reallaşdırırlar. Qeyd etmək lazımdır ki, yeni “The Witcher” oyunu Unreal Engine 5 oyun mühərriki əsasında hazırlanır. CD Projekt RED-in rəhbəri olan Adam Kicinski bildirib ki, Unreal Engine 5 mühərrikinə keçid öz növbəsində artıq müsbət nəticələri sərgiləyir. Belə ki, Epic Games şirkətinə məxsus olan sözügedən oyun mühərriki müxtəlif tapşırıqların sürətli şəkildə reallaşdırılması imkanını verir.
Daha öncə isə CD Projekt RED özünün RED Engine mühərrikini müəyyən tələblər üçün adaptasiya etməli və şirkətə gəlmiş yeni insanları bu mühərrikdən istifadə üzrə təlimatlandırmalı olurdu. Lakin Unreal Engine ilə vəziyyət daha sadədir. Belə ki, CD Projekt RED-də çalışmaq istəyən şəxslərin çoxu Unreal Engine təcrübəsinə sahibdir. Kicinski-nin sözlərinə əsasən bu oyun mühərriki həmçinin open-world tərz oyunların hazırlanması üçün də idealdır. Yeni “The Witcher” oyununa gəldikdə isə onun hətta təqribi olaraq nə zaman satışa çıxacağı barəsində məlumat yoxdur. Növbəti oyunun adı qarşısında 4 rəqəmi olmayacaq və o, “The Witcher” dünyasının tamamilə yeni süjet hadisələrini əhatə edəcək.
Farside Array for Radio Science Investigation of Dark Ages and Exoplanets (FARSIDE) adlı yeni aşağı tezlikli radioteleskop kainatın, ulduzların hələ mövcud olmadıqları ilk vaxtlarına nəzər yetirməyə imkan verəcək. ABŞ-ın Kolorado Dövlət Universitetinin astrofiziki Jack Burns-un sözlərinə əsasən Ayın qaranlıq tərəfi astronomik müşahidələr üçün ən ideal yerdir. “Ayın qaranlıq tərəfi demək olar Günəş sisteminin ən sakit yeridir. Orda faktiki olaraq radiotezlikli küy yoxdur. Buna görə də Ayın qaranlıq tərəfində quraşdırılması planlaşdırılan aşağı tezlikli radioteleskop öz effektivliyini yüksək səviyyədə sərgiləyə bilər” - deyə astrofizik qeyd edib. 1 milyard dollar dəyərində olan FARSIDE adlı radioteleskopu hələ Ayın qaranlıq tərəfinə çatdırmaq və onu orda quraşdırmaq lazımdır.
İlkin qiymətləndirmələrə əsasən yeni radioteleskop Ay səthində 2030-cu ildən tez fəaliyyətə başlamayacaq. Plana əsasən radioteleskopun quraşdırılması üçün lazım olan hər bir şey Blue Origin şirkətinin Blue Moon adlı eniş aparatı vasitəsilə Ay səthinə çatdırılacaq. FARSIDE teleskopunun özü 128 cüt antendən ibarət olacaq və bu cür irimiqyaslı konstruksiya diametri 10 km olacaq dairəvi formada quraşdırılacaq. Antenlərin quraşdırılması ilə isə xüsusi avtonom Ay aparatları məşğul olacaqlar. Radioteleskop öz işinə başlayandan sonra isə əldə ediləcək bütün məlumatları orbitdəki peyk vasitəsilə Yer kürəsinə ötürəcək. Aşağı tezlikli FARSIDE radioteleskopunun əsas məqsədlərindən biri kainat tarixinin “qaranlıq dövrlər” adlandırılan zamanını araşdırmaqdır.
Radioteleskop 10-40 MHz tezlikdə çalışa biləcək. Bu isə öz növbəsində kainatın 15-80 milyon il yaşı olduğu zamanlara nəzər yetirmək imkanını verəcək. “Aşağı tezliklərdə çalışaraq FARSIDE radioteleskopu kainatın ən erkən strukturuna nəzər yetirə və ilkin neytral hidrogeni müşahidə edə biləcək. Böyük partlayışdan sonra kainat genişlənməyə başladı. O, tədricən soyuma prosesinə keçid etdi və elektron ilə protonlar birləşərək neytral hidrogen atomlarını yaratdılar. Və Böyük partlayışdan təqribi olaraq 100-200 milyon il sonra ilk ulduzlar parlamağa başladı və həmin ulduzlardan hər biri 100 Günəş kütləsinə sahib olub” - deyə Jack Burns qeyd edib. Alimin sözlərin əsasən qravitasiya neytral hidrogenə təsir göstərdiyi üçün FARSIDE radioteleskopu vasitəsilə həmin ilk ulduzların izlərini müşahidə etmək mümkün olacaq.
Naqilsiz AirPods Pro qulaqlıqlarının birinci nəsli 2019-cu ilin oktyabr ayında satışa çıxmışdı. Çox güman ki, yaxın zamanda sözügedən qulaqlıqların ikinci nəsli satışa çıxacaq. Məşhur analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən AirPods Pro 2-nin irimiqyaslı istehsalına artıq bu ilin ikinci yarısında start veriləcək. Onların satışa çıxmaları da həmin vaxtda baş tutmalıdır. Analitik bildirib ki, istehsalat prosesi Vyetnamda reallaşdırılacaq. Bu bir daha onu sübut edir ki, bu üsul ilə Apple şirkəti Çindən olan istehsalçılardan asılılığını aşağı salmaq istəyir. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, şirkət Çindən olan istehalçılara istehsalat prosesinin bir hissəsinin Vyetnama və Hindistana köçürülməsi barəsində artq məlumat verib.
AirPods Pro 2-yə gəldikdə isə analitik qeyd edib ki, sözügedən qulaqlıqlarda şarj prosesi üçün Lightning girişindən istifadə ediləcək. Beləliklə yeni qulaqlıqlarda USB Type-C girişinin olacağına ümid bəsləmək lazım deyil. Gözləntilərə əsasən AirPods Pro 2 istifadəçi səhhətinin monitorinqini reallaşdıracaq funksiyaları da əldə edəcək. Yeni qulaqlıqlarda xüsusi sensorların olacağı gözlənilir. Həmin sensorlar vasitəsilə qulaqlıqları fitnes treker rolunda istifadə etmək mümkün olacaq. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə Apple şirkətinin öz cihazlarında USB Type-C girişini reallaşdıracağı barəsində məlumat ortaya çıxmışdı. Bu cür cihazlar arasında iPhone smartfonları və AirPods qulaqlıqları da olacaq. Lakin bunun nə zaman baş verəcəyi dəqiq şəkildə bilinmir.
Hal hazırda Voyager-1 və Voyager-2 kosmik aparatları Yer kürəsindən ən uzaq məsafədə yerləşən süni yaradılmış obyektlərdir. Alimlərin hesablamalarına əsasən onlar Yer kürəsindən təqribi olaraq 24 milyard km uzaqlıqda ulduzlararası məkanda hərəkət edirlər. Bu aparatlardan hər birinin tərkibində insan sivilizasiyasının bir hissəsi mövcuddur. Söhbət, Yer kürəsi və insanlar barədə bəzi məlumatları özlərində birləşdirən qızıl plastinlərdən gedir. Florida Beynəlxalq Universitetinin alimi James Edward Huchingson öz yeni məqaləsində bu aparatların bizim sivilizasiyanı necə "ölümsüzləşdirə" biləcəklərindən danışıb. “Ulduzlararası məkanda səyahətlərinə davam edən Voyager aparatlarına yerləşdirilmiş qızıl plastinlərə insanlar barəsində əsas məlumatlar, səslər, təsvirlər, musiqilər və 1977-ci ildə sözügedən aparatların kosmosa göndərilməsi zamanı ABŞ-ın prezidenti olmuş Jimmy Carter-in potensial yadplanetli sivilizasiyalar üçün salamı yazılıb” - deyə Edward Huchingson qeyd edib.
“Voyager aparatlarının bu dərəcədə inanılmaz uzunömürlü olmaları ölümsüzlük ideyasının araşdırılması üçün unikal imkandır. Bəzi insanlar üçün ölümsüzlük ruhun ölümdən sonra sonsuzadək mövcud olması deməkdir. Bu həmçinin insan və onun geridə buraxdıqları barəsində xatirələrin qorunub saxlanması deməkdir. Özündə insan sivilizasiyasının kiçik hissəsini daşıyan hər bir Voyager aparatını da bizim sivilizasiyamız barəsində xatirələrin qorunub saxlanması üçün nəzərdə tutulmuş texniki üsul kimi qəbul etmək olar. Lakin o halda ki, həmin aparatlar hər hansısa yadplanetli sivilizasiya tərəfindən aşkar edilsinlər” - deyə Edward Huchingson qeyd edib. Bir çox dinə əsasən insanın ölümündən sonra onun ruhu ölümsüz olur. Lakin alimin fikrincə ölümsüzlük təkcə fərd ilə məhdudlaşmır. O, kollektiv də ola bilər. Yəni başqa sözlə desək, ölümsüzlük ümumilikdə insan sivilizasiyasını da əhatə edə bilər. Digər tərəfdən ölümsüz ruh ideyası dindən uzaq olan şəxslər üçün uyğun deyil.
“Tanrıya inamın olub-olmamasından asılı olmayaraq insanlar özləri barəsində xatirələrin digərləri tərəfindən xatırlanmasını istəyirlər. Yəni onlar barəsində xatirələr də bir növ ölümsüzlükdür. Voyager aparatlarının 1 trilyon il ərzində səyahət edəcəklərini nəzərə alsaq, onlar da müəyyən mənada ölümsüz hesab edilirlər” - deyə Edward Huchingson əlavə edib. Alimlərin hesablamalarına əsasən Günəş təqribi olaraq 5 milyard ildən sonra sönəcək. Yəni başqa sözlə desək, həmin vaxtda Yer kürəsində hər hansı bir bioloji həyat növü mövcud olsa, o, məhv olacaq. Lakin hətta bunun baş verəcəyindən sonra da kosmosun uzaq sahələrində insan sivilizasiyası tərəfindən yaradılmış 2 ədəd kosmik aparat yadplanetli sivilizasiya ilə görüş ümidi ilə öz səyahətlərini davam etdirəcək. Əgər Voyager aparatlarının yadplanetli sivilizasiya ilə görüşləri daha tez baş tutmasa, onların tərkiblərində olan qızıl plastinlər Yer kürəsi və insanlar barəsində yeganə xatirələr olaraq qalacaqlar. Bu isə müəyyən mənada bizim sivilizasiyamızı ölümsüzləşdirəcək.
DuckDuckGo Privacy Browser adlı brauzerin mobil versiyalarının istifadəçi məlumatlarını Microsoft şirkətinə ötürdüyü və onun trekerlərini bloklamadığı məlum olub. Qeyd etmək lazımdır ki, sözügedən brauzer istifadəçilərin konfidensiallıqlarına yüksək dərəcədə önəm verən təhlükəsiz və qorunan məhsul kimi bilinir. Brauzerin istifadəçi məlumatlarını Microsoft-a ötürməsi halını informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən tədqiqatçı Zach Edwards aşkar edib. DuckDuckGo brauzeri eyniadlı axtarış sisteminin tərtibatçıları tərəfindən yaradılıb.
Tərtibatçılar bu brauzeri istifadəçi məlumatlarını yığmayan konfidensial məhsul kimi qələmə verirlər. “Tracker Radar funksiyası DuckDuckGo brauzerindən istifadə zamanı veb saytlarda olan kənar gizli trekerləri bloklayır. Nəticədə həmin trekerlərin sahibləri olan şirkətlər sizin məlumatlarınızı yığa və üçüncü tərəflərə sata bilmirlər” - deyə brauzerin iOS versiyasının təsvirində qeyd edilib. Əslində isə məlum olub ki, sözügedən brauzer Microsoft-un bing.com və linkedin.com domenləri ilə bağlı olan bəzi trekerlərini bloklamır. Bununla belə brauzer Google və Facebook-un trekerlərini bloklamağa davam edir.
Zach Edwards öz Twitter hesabında bu barədə məlumat yerləşdirib və qeyd edib ki, brauzerin konfidensiallıq funksiyası düzgün şəkildə çalışmır. Bu cür məlumat istifadəçilərin diqqətlərini cəlb edib və nəticədə DuckDuckGo-nun təsisçisi olan Gabriel Weinberg bu məsələyə aydınlıq gətirib. O qeyd edib ki, brauzer əslində normal şəkildə çalışır və Microsoft trekerlərinin bloklanmamasının səbəbi ondadır ki, DuckDuckGo-nun bu şirkətlə əməkdaşlıq müqaviləsi mövcuddur. Bu əməkdaşlıq çərçivəsində Microsoft sözügedən brauzerin istifadəçilərinin məlumatlarını yığmaq üçün DuckDuckGo-ya ödəniş edir.
Çinin Weibo sosial şəbəkəsində Xiaomi 12 seriyasının yeni modelinin ilk real fotosu ortaya çıxıb. İnsayderlərin verdikləri məlumata əsasən ortaya çıxmış foto məhz Xiaomi 12S modelinə aiddir. Fotoda olan maraqlı nüans ondan ibarətdir ki, smartfonun arxa hissəsində Leica şirkətinin adı mövcuddur. Bu isə o deməkdir ki, Xiaomi yeni smartfonunun kameralarını Leica şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlayır. Qeyd etmək lazımdır ki, hələ bir neçə gün bundan öncə Xiaomi-nin Leica ilə əməkdaşlığa başladığı barəsində məlumatlar ortaya çıxmışdı. Əgər bu məlumat həqiqətə uyğundursa, deməli Leica şirkətinin kameraları növbəti Xiaomi smartfonlarında daha çox istifadə ediləcək. Hal hazırda Xiaomi 12S barəsində o qədər də çox məlumat yoxdur. Bəzi məlumatlarda qeyd edilib ki, smartfon 6.28 düym AMOLED ekran ilə təchiz oluna bilər. Bununla yanaşı Xiaomi 12S-in bir neçə müddət bundan öncə təqdim edilmiş yeni Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Smartfonun nə zaman təqdim ediləcəyi də bilinmir.
Neptun planeti Urandan sonra Günəş sisteminin ikinci buz nəhəngidir. O, Yer kürəsindən fərqli olaraq Günəşdən 30 dəfə daha uzaq məsafədə yerləşir. Neptun Günəş ətrafında tam dövrü 165 ilə reallaşdırır. Bu soyuq nəhəng planet öz oxu ətrafında daha tez fırlanır. Buna görə də Neptunda 1 sutka 16 saat təşkil edir. Bəs Neptunun hansı digər özəllikləri var və bu planet nə ilə diqqəti cəlb edir? Neptun 1846-cı ildə Johann Galle adlı alman astronom tərəfindən kəşf edilib. Astronom öz həmkarları ilə birlikdə reallaşdırmış olduğu hesablamalar nəticəsində belə qənaətə gəlmişdi ki, Uranın qravitasiyasına hansısa kosmik obyekt təsir göstərir. Məhz bundan sonra alimlər ilk dəfə Neptunu teleskop vasitəsilə müşahidə edə bildilər. NASA-dan olan alimlər bildiriblər ki, tarixi qeydlərə əsasən Neptun astronomlar tərəfindən hələ 1612-ci ildə müşahidə edilib. Lakin həmin vaxtda onlar bu kosmik obyekti planet kimi qəbul etməmişdilər. Planet Qədim Romanın dəniz tanrısı şərəfinə adlandırılıb.
Neptuna kimi gedib çatmış yeganə kosmik aparat hələ ki, Voyager-2 hesab edilir. Belə ki, Voyager-2 bu planetin maksimal dərəcədə yaxınlığından keçib və onun ilk bir neçə fotosunu çəkə bilib. Neptun Günəş sistemində hələ ki, kəşf edilmiş son planetdir. Belə ki, 2006-cı ildə Pluton planet statusundan məhrum olmuş və cırtdan planetlər siyahısına daxil edilmişdi. Lakin buna bamayaraq alimlər Günəş sistemində 9-cu planetin axtar;şı ilə məşğuldurlar. Güman olunur ki, həmin planet Günəş sisteminin kənar hissəsində yerləşir. Neptun ilə Yer kürəsi arasındakı məsafə 4.7 milyard km təşkil edir. Voyager-2 aparatı bu məsafəni 12 ilə qətt etmişdi. Lakin o, saatda 68.000 km sürətlə hərəkət edirdi. Bu isə idarə olunan müasir kosmik gəmilərin sürətlərindən qat-qat yüksəkdir. Alimlər hesab edirlər ki, Neptun atmosferində temperatur -225 dərəcə Selsi təşkil edir. Neptunun Urandan daha uzaq məsafədə yerləşməsinə baxmayaraq bu iki planet təqribi olaraq eyni temperatura sahibdir. Bundan əlavə olaraq məlumdur ki, Yupiter və Saturn kimi Neptun da Günəşdən udulan enerjidən qat-qat daha çox istiliyi kosmosa ifraz edir.
Bu planetdə bir mövsum isə 40 il ərzində davam edir. Neptunun tərkibi su, ammonyak və metandan ibarətdir. Alimlər adətən bu molekulları buz adlandırırlar. Buna görə də Neptun buz nəhəngi hesab edilir. Sözügedən planet sərt səthə sahib olmasa da, onun Yer kürəsi kimi sərt nüvəsi mövcuddur. Uranda olduğu kimi Neptunda da almaz yağışları yağır. Belə ki, sözügedən planetlər Yer kürəsindəki təzyiqdən 200.000 dəfə daha yüksək təzyiqə sahibdirlər. Nəticədə metan karbonun ifrazı ilə parçalanır və daha sonra həmin karbon uzun zəncirlərdə qruplaşaraq almaza bənzər kristallik qəfəslər yaradırlar. Neptun 14 ədəd peykdən əlavə olaraq minimum 5 ədəd halqaya da sahibdir. Lakin Saturn halqalarından fərqli olaraq Neptunun sahib olduğu halqalar tam aydın şəkildə görünmürlər. Planetin ən böyük peyki Tritondur. Alimlərin fikirlərinə əsasən Triton milyardlarla il bundan öncə Neptunun qravitasiyası tərəfindən Koyper qurşağından cəlb edilib.
8 il bundan öncə ilk OnePlus One smartfonunda olduğu kimi OnePlus şirkətinin keçmiş həmtəsisçisi Carl Pei özünün Nothing adlı yeni şirkətinin ilk smartfonu ətrafında intriqalar yaradır. Belə ki, internetdə Nothing şirkətinin ilk smartfon modelinin güman olunan dizaynı, satış tarixi və qiyməti barəsində məlumatlar ortaya çıxıb. Şirkətin ilk smartfon modelinin tizer fotolarını təqdim etməklə yanaşı Carl Pei və şirkətin dizayn şöbəsinin rəhbəri Tom Howard Nothing Phone (1) smartfonunun şəffaf arxa panelə sahib olacağını bildiriblər. Görünür, şirkət naqilsiz Nothing Ear (1) qulaqlıqlarında reallaşdırılmış dizayn özəlliyinə sadiq qalmaq fikrindədir. Tom Howard-ın sözlərinə əsasən onlar smartfonun daxili hissəsinin xaricdən görünməsini mümkün etmək istəyirlər.
Lakin şirkətin komandası qarşısında ciddi problem dayandı. Belə ki, bu məsələdə təkcə şəffaf arxa panel qapağından istifadə etmək kifayət deyil. Məlumatda qeyd edilib ki, smartfon daxilində lay-lay yerləşdirilmiş 400 ədəd detal var. Şirkət isə həmin detallardan yalnız diqqətəlayiq olanları əks etdirmək istəyir. Şirkət əsasən kameralarını və naqilsiz şarj texnologiyasının induksiya sarğısını ön plana çəkməyi hədəfləyib. Carl Pei bildirib ki, Nothing brendi üçün vacib olan məqamlardan biri hamı tərəfindən tanınacaq fərdi dizaynın yaradılmasıdır.
Məhz bu cür vahid dizayn şirkətin bütün cihazlarını birləşdirəcək faktorlardan biri kimi çıxış edəcək. Onun sözlərinə əsasən bazarda hal hazırda bu cür fəlsəfə ilə çalışan yalnız bir şirkət var və o, Apple şirkətidir. Ortaya çıxmış məlumata əsasən Nothing Phone (1) smartfonu 21 iyul tarixində satışa çıxacaq. Təqdimat tədbirinin həmin tarixdə və ya daha öncə olub-olmayacağı bilinmir. İnsayderlər qeyd ediblər ki, şirkət 500$ dəyərində satış qiymətinə hədəflənib. Gözləntilərə əsasən Nothing Phone (1) smartfonu bir neçə müddət bundan öncə təqdim edilmiş Snapdragon 7 Gen 1 prosessoru ilə təchiz olunacaq.
İnternetdə survival-horror janrına aid olan yeni “The Callisto Protocol” oyunu barəsində məlumatlar ortaya çıxıb. Məlumatlarla yanaşı oyunun yeni fotoları da yayımlanıb. Beləliklə sözügedən oyunda oyunçular Jacob Lee adlı personajı idarə edəcəklər. Bu personaja xarici görünüşünü isə “Transformers” film seriyasından tanınan aktyor Joshua Duhamel təqdim edib. Oyunun süjet xəttinə əsasən Yupiterin peyklərindn biri olan Kallistoda mənşəyi bilinməyən virus Black Iron adlı yerli həbsxananın sakinlərini qorxunc mutantlara çevirir. Oyunun yaradıcıları oyunda olan mutantların yaradılması prosesində məhz insanlardan ilhamlanıblar. Belə ki, onlar real insanları skan ediblər və daha sonra skan nəticəsində əldə edilmiş modelləri eybəcərləşdirərək virusun yaratdığı mutasiyanın müxtəlif mərhələlərini əks etdiriblər.
“Dead Space” oyununda olduğu kimi “The Callisto Protocol” oyununda da mutantları parçalara ayırmaq mümkün olacaq. Bununla belə onların bədənlərinin müxətlif hissələrini parçalamaqla onların öldürülmə üsullarını fərqli şəkildə reallaşdırmaq olacaq. Məsələn əgər mutantın ayağına atəş açılsa, o, yerdə sürünməyə başlayacaq. Bu halda oyunçu onu sadəcə olaraq tapdalaya bilər. “Dead Space” oyunlarında olduğu kimi burda da havalandırma sistemləri mühüm rol oynayacaqlar. Belə ki, mutantlar havalandırma sistemlərindən istifadə edərək oyunçuya ani hücum reallaşdıra bilərlər. Bundan əlavə olaraq “Dead Space” seriyasında olduğu kimi “The Callisto Protocol”-da da oyunçu telekinez bacarığından istifadə edə biləcək.
Qeyd etmək lazımdır ki, oyunun hazırlanma prosesinə rəhbərlik edən şəxs Glen Schofield-dir. Məhz bu şəxs ilk “Dead Space” oyununun hazırlanma prosesinə rəhbərlik etmişdi. Onu hətta “Dead Space” seriyasının atası adlandırmaq olar. “The Callisto Protocol” oyununun ideyası onda 2019-cu ildə yaranmışdı. İlk əvvəl o, hadisələrin Yer kürəsində cərəyan edəcəkləri bir oyun yaratmaq istəyirdi. Lakin daha sonra süjet xətti Yupiterin peyki Kallistoya köçürüldü. “The Callisto Protocol” bu ilin ikinci yarısında Xbox Series S, Series X, Playstation 5 konsolları və PC üçün satışa çıxmalıdır.
Samsung şirkəti Galaxy S22 smartfonlarında AMD RDNA 2 arxitekturası əsaslı qrafikaya sahib Exynos 2200 flaqman prosessoruna böyük ümidlər bağlamışdı. Lakin nəticədə sözügedən prosessor Exynos 2100 modeli ilə müqayisədə o qədər də cəlbedici inkişaf səviyyəsini sərgiləmədi. İndi isə bunun fonunda məlumat ortaya çıxıb ki, Samsung şirkəti Exynos prosessorlarının istehsalı məsələsində fasilə götürməyi və hələ ki, flaqman smartfonlarını bu prosessorlar ilə təchiz etməməyi qərara alıb. Məlumatda qeyd edilib ki, 2023-cü və 2024-cü illərdə təqdim ediləcək Galaxy S23 və Galaxy S24 smartfonlarının Exynos prosessorlu versiyaları olmayacaq.
Nəticədə şirkətin öz smartfonlarında yalnız Qualcomm və ya üstəlik MediaTek prosessorlarından istifadə edib-etməyəcəyi məlum deyil. Bəzi insayderlər tərəfindən verilmiş məlumata əsasən Samsung şirkət daxilində Dream Team Platform One kod adına sahib xüsusi şöbə yaradıb və həmin şöbəyə yarımkeçirilər ilə smartfon istehsalı sahələrindən olan minlərlə mütəxəssis daxil olacaq. Onların əsas məqsədləri isə yüksək səviyyəli yeni prosessorun yaradılmasıdır. Samsung-un məqsədi digər prosessorlarla eyni səviyyədə rəqabətə sahib olacaq və eyni zamanda performans baxımından hal hazırda bazarın lideri hesab edilən Apple A Bionic prosessorlarını geridə qoya biləcək yeni prosessoru yaratmaqdır. Məlumata əsasən bu cür prosessor 2025-ci ilə kimi hazır olmalıdır. Bu isə o deməkdir ki, onun Galaxy S25 smartfon seriyasında reallaşdırılmasını gözləmək olar
Kopenhagen Universitetindən olan alimlər belə qənaətə gəliblər ki, yadplanetli həyat növünün axtarışı zamanı əsas diqqəti Günəşə bənzəyən ulduzlardan ibarət ikili ulduz sistemlərinə ayırmaq lazımdır. Belə ki, bu cür ulduzların ətraflarında dövr edən planetlərdə yadplanetli həyat növünün yaranma şansı daha yüksəkdir. Danimarkalı alimlər düşünürlər ki, əgər biz, yadplanetli həyat növünü tapmaq istəyiriksə, deməli bu cür həyat növünün yarana biləcəyi planetlərin əhatə olunduqları Günəşə bənzər ulduzları tapmalıyıq. Lakin aparılmış yeni tədqiqat onu göstərib ki, Günəşə bənzər ikili ulduz sistemlərinin əhatə etdikləri planetlər yadplanetli həyat növünün axtarışı üçün daha yaxşı variantdır. Alimlərin sözlərinə əsasən Günəşin ölçüsündə olan ulduzların yarısı məhz ikili ulduz sistemlərində mövcuddur. Bu cür sistemlərdə 2 ulduz bir-birinin ətrafında dövr edir və onlar qravitasiya əlaqəsinə sahib olurlar. Belə ulduz sistemlərində yaşayış zonası (planet səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan zona) daha geniş ola bilər.
Aparılmış tədqiqat çərçivəsində alimlər öz diqqətlərini 2 ulduzdan ibarət NGC 1333-IRAS2A adlı sistemə yönəldiblər. Sözügedən sistem Yer kürəsindən təqribi olaraq 1000 işıq ili uzaqlığında yerləşir. Sözügedən ulduz sistemi hələ ki, qaz və toz diski ilə əhatə edilib və onun daxilində planetlər hələ formalaşmayıb. “Biz, radioteleskoplardan ibarət olan ALMA adlı kompleks tərəfindən əldə edilmiş məlumatlardan istifadə edərək sözügedən ulduz sistemini müşahidə etmişik. Nəticədə biz həmin ulduz sistemindəki planetlərin ilkin formalaşmə mərhələlərini müşahidə edə bilirik və düşünürük ki, bu cür sistemlərdə həyat növü yarana bilər” - deyə Kopenhagen Universitetinin alimi Kristian Jorgensen qeyd edib. Alimlər öz tədqiqatları çərçivəsində kompüter modelləşdirməsni yaradıblar və həmin modelləşdirmə ulduz ətrafındakı toz və qaz diskinin təkamül prosesini sərgiləyib. Gələcəkdə həmin diskdən planetlər formalaşacaq.
Alimlər hesab edirlər ki, həmin gələcək plnetlərdə həyat növünün yaranmasında əsas rolu buz və orqanik molekul tərkibli kometlər oyanayacaqlar. “Kometlər toqquşma zaman orqanik molekulları bu planetlərin səthlərinə gətirəcəklər. Ulduzlardan olan enerji isə buzun və digər elementlərin buxarlanmasına səbəb olacaq. Bu öz növbəsində həmin planetlərin kimyəvi tərkiblərini dəyişə bilər” - deyə Kristian Jorgensen əlavə edib. Alimlərin sözlərinə əsasən ALMA radioteleskopları vasitəsilə bu cür planetlərdə karbona sahib qəliz orqanik molekulları aşkar etmək olar. Bu cür molekullar isə daha qəliz molekulların yaranmaları üçün inşaat blokları rolunda çıxış edə bilərlər. Nəticədə isə daha qəliz molekullardan həyat növü yaranır. Radioteleskoplardan ibarət olan ALMA kompleksi Çilidə yerləşir və onun tərkibinə 66 ədəd teleskop daxildir. Bu üsul ilə alimlər daha dəqiq məlumatları əldə edə bilərlər. Eyni zamanda onlar James Webb kosmik teleskopuna da böyük ümidlər bəsləyirlər. Belə ki, o, kosmosun uzaq yerlərində olan ekzoplanetləri müşahidə edəcək və ola bilsin ki, həmin ekzoplanetlərdən birində həyat növünün mövcudluğuna dair sübut əldə edilsin.
ABŞ-ın Lonestar Data Holdings adlı bulud provayder şirkəti insan sivilizasiyasını əhatə edən dəyərli biliklərin və məlumatların kosmik miqyasda vahid ehtiyat kopyasını yaratmağı və qlobal fəlakətin baş verəcəyi halda onu gələcək nəsillər üçün qoruyub saxlamağı planlaşdırır. Lakin bu planın əsas diqqət çəkən məqamı ondan ibarətdir ki, həmin ehtiyat kopya Yer kürəsindən uzaq bir yerdə saxlanılacaq. Söhbət, Yer kürəsinin peyki olan Aydan gedir. Məlumatda qeyd edilib ki, Yer kürəsini əhatə edəcək vacib məlumatlar Aydakı serverlərdə saxlanılacaq. “Bizim ən dəyərli aktivlərimiz olan biliklərimizin, bombaların partladıqları və əşyaların yandırıldıqları Yer kürəsində saxlanılması fikri ağlasığmazdır. Biz öz aktivlərimizi planetimizdən kənarda tam təhlükəsiz yerdə saxlanması mümkün olan yerdə saxlamalıyıq” - deyə Lonestar Data Holdings şirkətinin rəhbəri Christopher Stott qeyd edib. Həqiqətən də Yer kürəsində qlobal fəlakətin baş verəcəyi halda Ay məlumatların saxlanması üçün nəzərdə tutulmuş ən optimal variantdır.
Yer kürəsindən 384.400 km məsafədə yerləşən Ay sivilizasiyanın qorunub saxlanması üçün nəzərdə tutulmuş xüsusi missiyanın reallaşdırılması yolunda çox yaxın, məlumatların mümkün fəlakətlərdən qorunması yolunda isə çox uzaqda yerləşir. Bundan əlavə olaraq müxtəlif ölkələr Ayda daimi yaşayış bazasının reallaşdırılması üçün artıq işlərə start veriblər. Lonestar Data Holdings şirkətinin bu layihəsinin yolunda dayanan əsas problemlərdən biri də ani temperatur dəyişikliklərinə, kosmik və Günəş radiasiyasına tab gətirə biləcək təchizatların yaradılmasıdır. Christopher Stott-un sözlərinə əsasən bu problemin həll yolu var. Belə ki, robotlar məlumatların saxlanılması üçün nəzərdə tutulmuş serverləri Ay səthinin alt hissəsində yerləşən qədim lava borularında yerləşdirməli olacaqlar. Məlumata əsasən şirkət bu layihə üzrə ilk proqram testlərini artıq bu ilin sonuna kimi reallaşdıracaq. İlk təchizatların isə Aya 2024-cü ildə göndərilməsi nəzərdə tutulub.
Redmi brendi 2 ədəd yeni naqilsiz qulaqlığı təqdim edib. Söhbət, Redmi Buds 4 və Buds 4 Pro qulaqlarından gedir. Adi Redmi Buds 4 qulaqlıqları ətraf səs-küyün boğulması funksiyasını dəstəkləyirlər. Lakin Redmi Buds 4-də reallaşdırılmış bu funksiyanın effektivliyi Redmi Buds 4 Pro-da reallaşdırılmış eyni funksiyanın effektivliyindən daha aşağıdır. Belə ki, adi Redmi Buds 4 qulaqlıqları 35 dB-ə (desibel) kimi olan ətraf səs-küyü boğa bilirlər. Sözügedən qulaqlıqların tərkiblərində 10 millimetrlik audio drayverlər yerləşdirilib. Bununla yanaşı adi Redmi Buds 4 qulaqlıqları yalnız Bluetooth 5.2 standartının dəstəyinə sahibdirlər. Bir dəfə şarj olunandan sonra Redmi Buds 4 qulaqlıqları 6 saat ərzində çalışa bilirlər.
Qulaqlıqların sahib olduqları şarj keysi vasitəsilə isə bu göstərici 30 saata yüksəlir. Redmi Buds 4 bu ayın sonunda Çində 30$ qiymətində satışa çıxacaq. Daha sonra isə sözügedən qulaqlıqların qlobal bazarda satışa çıxacaqları gözlənilir. Redmi Buds 4 Pro-ya gəldikdə isə bu qulaqlıqlar ətraf səs-küyün ağıllı şəkildə boğulması funksiyasına sahibdirlər. Bu funksiya vasitəsilə Buds 4 Pro qulaqlıqları 43 dB-ə kimi olan ətraf səs-küyü boğa bilir. Bundan əlavə olaraq Buds 4 Pro qulaqlıqlarının gövdələri IP54 standartı üzrə sudan və tozdan qorunurlar.
Bir qayda olaraq onlardan yağışlı havada istifadə etmək mümkündür. Redmi Buds 4 Pro-nun tərkibi 10 mm-lik audio drayverlərdən və 6 mm-lik yüksək tezlikli səsgücləndiricidən ibarətdir. Sözügedən qulaqlıqlar Bluetooth 5.3 standartının dəstəyinə sahibdirlər. Məlumata əsasən Buds 4 Pro ətraf səs-küyün boğulması funksiyasının deaktiv olduğu halda 9 saat ərzində çalışa bilir. Şarj keysi sayəsində bu göstərici 36 saata yüksəlir. Redmi Buds 4 Pro da bu ayın sonunda Çində 56$ qiymətində satışa çıxacaq və daha sonra bu qulaqlıqların qlobal bazarda satışa çıxacaqları gözlənilir.
Fizika qanunlarına əsasən kainatda heç bir şey işıq sürətindən daha yüksək sürətlə hərəkət edə bilməz. Lakin həmişə olduğu kimi istisnalar mövcuddur. Müasir fizika qanunlarına əsasən nə insan nə də kütləyə sahib digər bir obyekt məkan üzrə işıq sürətindən daha yüksək sürətlə hərəkət edə bilməz. Lakin güman edilir ki, hipotetik hissəciklər bunu reallaşdıra və hətta zamanda səyahət edə bilərlər. Söhbətin hansı hissəciklərdən getdiyi və onların məkan üzrə işıq sürətindən daha yüksək sürətlə hərəkət etmələri barəsində məlumatları Avstraliya Katolik Universitetinin mütəxəssisi Sam Baron verib. Albert Eynşteynin nisbilik nəzəriyyəsinə əsasən işıq sürəti kainatda kütləyə sahib bütün obyektlər üçün universal limitdir. Bu nəzəriyyə onu göstərir ki, bu cür obyektlər işıq sürətindən daha yüksək sürət yığa bilməzlər. “Kütləyə sahib bu və ya digər obyekti sürətlədirmək üçün ona enerji əlavə etmək lazımdır. Əgər biz daha yüksək sürətə nail olmaq istəyiriksə, daha çox enerji sərf etməliyik. Lakin məlumdur ki, hansı kütləyə sahib olmasından asılı olmayaraq obyektlərin işıq sürətini əldə etmələri üçün sonsuz miqdarda enerji lazımdır. Bütün bilinən enerji mənbələri isə öz limitlərinə sahibdirlər” - deyə Sam Baron qeyd edib.
Məkan üzrə hərəkət üçün olan mövcud sürət məhdudiyyəti adi kütləyə sahib olan obyektləri əhatə edir. Lakin alimlərin fikirlərinə əsasən xəyali kütləyə sahib hipotetik hissəciklər mövcuddurlar. Söhbət, taxion adlı hissəciklərdən gedir. “Hələ ki, alimlər taxionların mövcud olub-olmadıqları barəsində tutarlı bir sübuta sahib deyillər. Lakin əgər onlar həqiqətən də mövcuddurlarsa, deməli onlar məkan üzrə daimi şəkildə işıq sürətindən daha yüksək sürətlə hərəkət etməlidirlər. Nəzəriyyəyə əsasən sözügedən hissəciklər işıq sürətindən aşağı sürətlə hərəkət edə bilməzlər” - deyə Sam Baron qeyd edib. Bəzi fiziklərin fərziyyələrinə əsasən əgər bu hipotetik hissəciklər mövcuddurlarsa, onlar daimi şəkildə zamanda geriyə səyahət edirlər. Buna görə də bu hissəciklər elmi fantastika yazarları tərəfindən zamanda səyahət mövzulu kitablarda istifadə edilir. “Bəzi alimlərin fikirlərinə əsasən əgər biz nə vaxtsa taxionları aşkar etsək, insan sivilizasiyası həmin hissəcikləri zaman maşınının icadında istifadə edə bilər. Lakin bu sadəcə bir fərziyyədir” - deyə Sam Baron əlavə edib.
“İnsanların digər ulduzlara kosmos üzrə işıq sürəti ilə nəzəri səyahətləri barəsində danışsaq, qeyd etmək lazımdır ki, bizə ən yaxın olan ulduz 4.35 işıq ili uzaqlığında yerləşir. Məlum olan qalaktikalardan ən uzaqda yerləşəni isə 28 milyard işıq ili məsafəsindədir. Bu isə o deməkdir ki, Alfa Sentavr ulduz sisteminə çatmaq üçün insan təkcə bir səyahət istiqaməti üzrə həyatının 4 ilini sərf etməlidir. Bu halda ən uzaq ulduza səyahət barəsində danışmaq mənasızdır. Hər halda hətta bir insan həyatı çərçivəsində işıq sürəti ilə bu cür ulduza çatmaq mümkün deyil” - deyə Sam Baron qeyd edib. Alimin sözlərinə əsasən bu cür uzaq məsafələrin qətt edilməsində köstəbək yuvaları yardımçı ola bilərlər. Eynşteyn-in nisbilik nəzəriyyəsi isə köstəbək yuvalarının mövcudluqlarına işarə edir. Nisbilik nəzəriyyəsinə əsasən kostəbək yuvaları vasitəsilə çox qısa zaman ərzində çox uzun məsafələri qətt etmək olar. Kosmosda ola biləcək bu cür obyektlər məkandakı 2 nöqtəni elə şəkildə birləşdirə bilərlər ki, işıq sürəti vasitəsilə səyahət üçün sərf ediləcək 4 illik məsafəni bir neçə saata qətt etmək olsun. “Əgər köstəbək yuvaları həqiqətən də mövcuddurlarsa, insanlar kainatın ən uzaq yerlərinə bir insan həyatı çərçivəsində çata bilərlər. Lakin köstəbək yuvaları da taxionlar kimi hipotetik obyektlərdir” - deyə Sam Baron bildirib. Qeyd etmək lazımdır ki, vakuumda işıq sürəti saatda 1.079.252.848.8 km-ə bərabərdir.
Redmi brendi Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonlarından əlavə olaraq çoxdan gözlənilən Mi Band 7 smart qolbağını da təqdim edib. Təqdim edilmiş Mi Band 7 modeli ənənəvi dizaynını qoruyub saxlayıb. Bununla yanaşı o, əvvəlki modellərdən fərqli olaraq bir qədər böyük ekran və batareya həcmi əldə edib. Bundan əlavə olaraq Mi Band 7 qandakı oksigen miqdarının ölçülməsi üzrə geniş funksiyaları və məşqlərin effektivliklərini yüksəltmək üçün təkmilləşdirilmiş xüsusi məşqçi rejiminin dəstəyi ilə diqqəti cəlb edir. Beləliklə yeni Mi Band 7 smart qolbağı 490x192 piksel keyfiyyətli 1.62 düym AMOLED ekran ilə təchiz olunub. Ekran statik təsvirlərlə yanaşı dinamik temaların əks olunmalarını da dəstəkləyir. Əvvəlki Mi Band modellərində olduğu kimi Mi Band 7-nin də gövdəsi 5 ATM standartı üzrə sudan qorunur.
Ümumilikdə smart qolbaq 100 növ idman hərəkətinin monitorinqini dəstəkləyir. Standart olaraq ürək nəbzinin ölçülməsi ilə yanaşı Mi Band 7 qandakı oksigen səviyyəsini də təyin edə bilir. Bununla belə qandakı oksigen səviyyəsinə smart qolbaq 24 saat ərzində nəzarət edir. Qandakı oksigen səviyyəsinin 90%-dən aşağı olduğu halda bu barədə bildiriş qolbağın ekranında əks olunur və onun gövdəsi vibrasiya verir. Smart qolbaqda reallaşdırılmış daha bir yenilik isə daimi aktiv ekrandır. Əvvəlki Mi Band modellərində olduğu kimi Mi Band 7 də gedilmiş addımların və yandırılmış kalorilərin sayını təyin edə və yuxu keyfiyyətinin monitorinqini apara bilir.
Bununla yanaşı qolbaq özəl məşqçi rolunda da çıxış edə bilər. Belə ki, qolbağın sistemində olan xüsusi kalkulyator edilmiş məşqlərdən sonra bədənin tam bərpası üçün lazım olan zamanı təyin edir və sağlam bədən formasını dəstəkləmək üçün vacib məsləhətləri çatdırır. Mi Band 7 qolbağı 180 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Məlumata əsasən bir dəfə şarj olunandan sonra qolbaq 14 gün ərzində çalışa bilir. Onu da qeyd etmək lazımdır ki, qolbaq Xiao AI səsli köməkçinin dəstəyinə sahibdir. Mi Band 7 2 versiyada təqdim olunur. Adi və NFC çipinə sahib olan versiya. Çində adi versiyanın qiyməti 36$, NFC dəstəkli versiyanın qiyməti isə 42$ təşkil edir.
Redmi brendinin Redmi Note 11 smartfon seriyasına yeni modellər daxil olublar. Söhbət, Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonlarından gedir. Təqdim edilmiş bu yeni smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəyirlər və bəzi texniki özəlliklər baxımından fərqlənirlər. Beləliklə hər iki smartfon 144 Hz-ə kimi olan təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.6 düym IPS ekran ilə təchiz olunub. Ekranların yuxarı mərkəz hissələrində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfonların arxa panelləri şüşə materialdan hazırlanıb və onların gövdələri IP53 standartı üzrə sudan qorunurlar.
Smartfonlar özlərində həmçinin naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi, kontaktsız ödənişlər üçün NFC çipini və Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri birləşdirirlər. Hər iki smarrtfon 8 nüvəli 5 nanometrlik MediaTek Dimensity 8100 prosessoru ilə təchiz olunub. Digər özəlliklərə gəldikdə isə Redmi Note 11T Pro modeli 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 64 MP + 8 MP (120 dərəcə əhatə bucağı) + 2 MP üçlü axra kamera, 16 MP-lik ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5080 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Note 11T Pro+ modelinə gəldikdə isə o da demək olar ki, eyni texniki göstəricilərə sahibdir.
Sadəcə olaraq Note 11T Pro+ modelinin 512 GB daxili yaddaşa sahib versiyası var. Həmçinin bu model yalnız 8 GB RAM ilə təchiz olunub. Bundan əlavə olaraq sözügedən model 120 vatt gücündə sürətli şarj texnologiyalı 4400 mAh enerji tutumlu batareyaya sahibdir. Smartfonlar MIUI 13 interfeysli Android 12 vasitəsilə çalışırlar. Yeni smartfonlar bu ayın sonunda Çində satışa çıxacaqlar. Onların qlobal bazarda satışları barəsində məlumat isə daha sonra veriləcək. Bundan əlavə olaraq Xiaomi bildirib ki, qarşıda olan yay aylarından birində həmçinin Redmi Note 11T modeli də təqdim ediləcək. Yeni smartfonlara gəldikdə isə onların Çində satış qiymətləri aşağıdakı kimi olacaq:
- 6 GB RAM-a və 128 GB yaddaşa sahib Note 11T Pro - 270$
- 8 GB RAM-a və 128 GB yaddaşa sahib Note 11T Pro - 285$
- 8 GB RAM-a və 256 GB yaddaşa sahib Note 11T Pro - 315$
- 128 GB yaddaşa sahib Note 11T Pro+ - 300$
- 256 GB yaddaşa sahib Note 11T Pro+ -330$
- 512 GB yaddaşa sahib Note 11T Pro+ - 360$.
NASA-nın dəstəyinə sahib olan amerikalı alim Adam Frank yadplanetli sivilizasiyaların öz inkişaf səviyyələri çərçivəsində nə dərəcədə irəli gedə biləcəkləri barəsində yeni nəzəriyyəni təqdim edib. Amerikalı alimin yeni nəzəriyyəsinə əsasən kainatdakı sivilizasiyalar elə bir inkişaf səviyyəsinə çata bilərlər ki, nəticədə fundamental fiziki qanunları dəyişə bilərlər. Roçester Universitetnin astrofiziki Adam Frank NASA-nın dəstəyi çərçivəsində yadplanetli sivilizasiyaların texnoloji izlərini axtarmaqla məşğuldur və o düşünür ki, biz, kainatın və onun qanunlarının qavranılması məsələsində qeyri-standart şəkildə düşünməyə başlamalıyıq. Adam Frank öz məqaləsində inkişaf etmiş texnologiyaların məhdudiyyətlərə sahib ola bilib-bilmədikləri, kainatdakı şüurlu sivilizasiyanın fiziki qanunları dəyişə bilmək dərəcəsinə kimi inkişaf edə bilib-bilməməsi, fiziki qanunların bu və ya digər sivilizasiyanın yarada biləcəyi hər hansısa bir şeyi məhdudlaşdırma imkanına sahib olub-olmamaları və sivilizasiyanın inkişafı üçün məhdudiyyət yaradıb-yaratmamaları kimi suallara cavab tapmağa çalışıb.
“Lakin ola bilərmi ki, kainatda həmçinin IV və V tip sivilizasiyalar da mövcud olsun? Ümumiyyətlə sivilizasiyalar texnologiyaların inkişafları üzrə hər hansısa məhdudiyyətə sahibdirlərmi? Bunlar çox maraqlı suallardır və onlara hal hazırda cavab tapmaq çox çətindir” - deyə Adam Frank qeyd edib. Kardaşev şkalası çərçivəsində kainatdakı bütün sivilizasiyaların texnoloji inkişaf səviyyələri bu və ya digər sivilizasiyanın enerjini hansı miqdarda istehlak etməsindən asılıdır. Lakin biz də daxil olmaqla mümkün ola biləcək bütün bu sivilizasiyalar məlum olan fiziki qanunlara tabedirlər. “Bəs əgər sivilizasiya fiziki qanunları dəyişə bilmək səviyyəsinə kimi inkişaf edibsə, onda necə? Bu cür sivilizasiya adi enerji yığımı prosesinin çərçivəsindən daha kənara çıxa bilər. Bu məsədələ Caleb Scharf adlı astrofizikin 2016-cı ildəki tədqiqatını yada salmaq lazımdır” - deyə Adam Frank qeyd edib.
Güman edilir ki, kainatın böyük hissəsi məhz bu gizli materiyadan ibarətdir. Scharf güman edir ki, qaranlıq materiya inanılmaz yüksək səviyyədə inkişaf etmiş yadplanetli sivilizasiyanın müdaxiləsi nəticəsində yaranıb. Bununla yanaşı Scharf həmçinin güman edir ki, qaranlıq enerjinin ortaya çıxmasının arxasında da yüksək inkişaf səviyyəsinə sahib yadplanetli sivilizasiya dayana bilər. Hal hazırda güman edilir ki, kainatın sürətlə genişlənməsinə səbəb olan məhz qaranlıq enerjidir. Scharf-ın irəli sürdüyü nəzəriyyəyə əsasən yüksək inkişaf səviyyəsinə sahib yadplanetli sivilizasiya qaranlıq enerji vasitəsilə kainatı bilərəkdən genişləndirir. Belə ki, həmin sivilizasiya xaos ilə kainatın məhv olmasından yan keçmək istəyir.
“Bəlkə də əslində fiziki qanunlar çoxdur, lakin təkamül şüurlu canlıların tabe ola biləcəkləri variantları seçir. Eyni zamanda bəlkə də şüurlu canlılar özlərinə uyğun olan fiziki qanunları seçə bilmək imkanına sahibdirlər. Bu cür sivilizasiyalar məkan və zaman anlayışlarını tamamilə dəyişə və bunun sayəsində öz yaşamları üçün komfortlu kainat yarada bilərlər” - deyə Adam Frank qeyd edib. Alimin sözlərinə əsasən bu, ən dəlisov elmi fantastika kimi səslənsə də nəzəri cəhətdən mümkündür. Ola bilər ki, müasir fizika şüurlu canlılar və onların imkanlarına sərt məhdudiyyətlər tətbiq edir. Bu cür ehtimal mümkündür. Bu məhdudiyyətlər elmi fantastikanın təsəvvür edə biləcəyi anın yetişmə zamanına kimi texnoloji inkişaf səviyyəsini ləngidə və ya ümumiyytlə dayandıra bilər. Bu mənada məsələn çox güman ki, işıq sürəti tərəfindən qoyulan məhdudiyyətlərdən yan keçmək mümkün olmayacaq və ulduzlararası səyahət olduqca qəliz və bahalı bir proses olacaq” - deyə Adam Frank əlavə edib.
Instagram öz brendinin böyük yenilənməsini anons edib. Faktiki olaraq sosial şəbəkə bəzi marketinq materiallarını təzələyib və loqosunda cüzi düzəlişlər edib. Bununla belə daha vacib yenilik də var. Belə ki, sosial şəbəkə marketinqdə və tətbiq daxilində özünün Instagram Sans adlı eksklüziv şriftindən istifadə etməyi qərara alıb. Məlumatda qeyd edilib ki, Instagram Sans adlı eksklüziv şriftin yaradılmasında fotoservis öz loqosundan ilhamlanıb və beləliklə yaradılmış şrift şirkətin sadəliyə və incəsənətə bağlılığını əks etdirir. İlhamlanma prosesi daha çox düzbucaqlılar ilə dairələrin kombinasiyasından əldə edilib. Qeyd etmək lazımdır ki, Instagram sözügedən sözlərin ingilis dilində olan versiyalarını (squares və circles) kombin edərək vahid squircles sözündən istifadə edir.
Instagram-ın verdiyi məlumata əsasən mümkün olduğu qədər daha çox dildə (tay və yapon dilləri də daxil) yaxşı şəkildə əks olunan şrift variantının seçilməsi üçün şirkət linqvistlərlə bir yerdə çalışıb. Bəzi şriftlərdə hərflərin yalnız ayrı-ayrı qeyri-adi elementlərlə seçildikləri bir vaxtda Instagram Sans Script-də ayrı-ayrı simvollar həqiqətən də qeyri-dai görünürlər və bununla belə baxış üçün xoş olan formaları özlərində birləşdirirlər. Bundan əlavə olaraq bəzi simvolların kombinasiyaları ümumiyyətlə klassik hərflərə bənzəmirlər. Instagram Sans-ın sahib olduğu əsas özəllik isə unikal orijinallıqdır. Instagram ümid edir ki, istifadəçilər öz Stories və Reels paylaşımlarında sözügedən şriftdən istifadə edəcəklər. Sözügedən şrift ilə yazılacaq yazıların əlavə ediləcəkləri həmin paylaşımları TikTok-dan olan videolar ilə səhv salmaq mümkün olmayacaq.
Motorola şirkəti özünün yeni flaqman smartfon modelinin ilk tizer fotosunu təqdim edib. Təqdim edilmiş tizer fotosunda qeyd edilib ki, smartfonun kamerası fotoların keyfiyyətləri mövzusunda yeni etalon olacaq. Bununla yanaşı şirkət yeni flaqman smartfonun təqdimat tarixini açıqlayıb və onun hansı prosessor ilə təchiz olunacağını qeyd edib. Beləliklə şirkət təsdiqləyib ki, yeni flaqman smartfon iyul ayında təqdim olunacaq və o, 200 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq. Gözləntilərə əsasən Motorola-nın yeni flaqman smartfon modeli Samsung şirkətinin ISOCELL HP1 adlı 200 MP-lik kamera obyektivinə sahib olacaq.
Qeyd etmək lazımdır ki, sözügedən kamera obyektivi saniyədə 30 kadr sürətlə 8K keyfiyyətində videoların çəkilməsi imkanını dəstəkləyir. Smartfonun adı barəsində hələ heç bir məlumat verilməyib. Lakin hələ bir neçə ay bundan öncə Motorola-nın Frontier adlı yeni flaqman smartfon üzərində çalışdığı barəsində məlumatlar ortaya çıxmışdı. Onu da qeyd etmək lazımdır ki, rəsmi məlumata əsasən yeni smartfon bir neçə gün bundan öncə təqdim edilmiş Snapdragon 8+ Gen 1 flaqman prosessoru ilə təchiz olunacaq.
Əgər iyul ayına kimi sözügedən prosessora sahib heç bir smartfon təqdim edilməsə, Motorola-nın yeni flaqman smartfonu Snapdragon 8+ Gen 1 prosessorunu əldə edəcək ilk smartfon olacaq. Gözləntilərə əsasən sözügedən smartfon 144 Hz-lik təsvir yenilənməsinə sahib 6.67 düym POLED ekran ilə təchiz olunacaq və ekranın kənar hissələri bir qədər əyilmiş dizaynda rellaşdırılacaq. Smartfonun həmçinin 8/12 GB RAM, 128/256 GB daxili yddaş həcmi, 60 MP-lik ön kamera və 125 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı güman edilir.
NASA Hubble kosmik teleskopunun ən böyük işi hesab edilən yeni hesabatı təqdim edib. Sözügedən teleskopun son 30 il ərzində əldə etmiş olduğu məlumatları analiz edərək alimlər kainatın hansı sürətlə genişləndiyini daha dəqiq təyin edə biliblər. Alimlər artıq çoxdan bilirlər ki, kainat genişlənmə prosesindədir. Bu cür nəticə vaxtı ikən qalaktikaların müşahidə edilməsi vasitəsilə əldə edilmişdi. Beləliklə qalaktikalar bizdən nə qədər uzaqda yerləşirlərsə, bir o qədər sürətlə hərəkət edirlər. Qalaktikaların Yer kürəsinə qədər olan məsafələrinə nisbətdə hərəkət etdikləri sürət Hubble sabiti adlanır. Hubble sabitinin daha dəqiq göstəricisini əldə etmək üçün alimlər parlaqlıqları yaxşı məlum olan obyektlərə qədər olan məsafələri müşahidə edirlər. Nəticədə obyektin parlaqlığı nə qədər aşağıdırsa, o, bir o qədər bizdən uzaqda yerləşir. Yaxınlıqda yerləşən qalaktikalara kimi olan məsafələrin təyin edilməsi üçün istifadə edilən bu cür kosmik göstəricilərdən biri də sefeid ulduzlardır (parlaqlığı dəyişən ulduzlar sinifi). Bunlar yüksək parlaqlığa sahib geniş radiuslu sarı nəhəng ulduzlardır.
Hubble sabiti qalaktikaya qədər olan məsafəni onun Yer kürəsindən uzaqlaşma sürəti ilə birləşdirən göstəricidir. Hubble sabiti meqaparsek üzrə km/s (kilometr/saniyə) kimi qeyd edilir. 1 meqaparsek isə 3.3 milyon işıq ilinə bərabərdir. Son onillikıər ərzində aparılmış tədqiqatlar nəticəsində alimlər belə bir qənaətə gəliblər ki, Hubble sabiti meqaparsek üzrə 70 km/s təşkil edir. Bu isə o deməkdir ki, Yer kürəsindən 1 meqaparsek məsafədə yerləşən qalaktika bizdən saniyədə 70 km sürətlə uzaqlaşır və meqaparsek göstəricisi artdıqca qalaktikanın bizdən uzaqlaşma sürəti də hər dəfə 70 km/s artacaq. İndi isə NASA mütəxəssisləri son 30 il ərzində Hubble teleskopunun müşahidə etmiş olduğu 42 ədəd qalaktika barəsində əldə edilmiş məlumatları analiz ediblər. Belə ki, onlar Hubble sabitinin daha dəqiq göstəricisini təyin etmək istəyiblər.
Nəticədə NASA mütəxəssisləri yeni tədqiqat çərçivəsində Hubble sabitinin daha dəqiq göstəricisini təyin ediblər. Beləliklə əldə edilmiş nəticəyə əsasən Hubble sabiti meqaparsek üzrə 73 km/s təşkil edir. Bundan əlavə olaraq alimlər qeyd ediblər ki, əldə edilmiş nəticədə ola biləcək xəta sadəcə olaraq meqaparsek üzrə 1 km/s təşkil edir. Alimlərin sözlərinə əsasən Hubble sabitinin daha dəqiq göstəricisinin təyin edilməsi öz növbəsində kosmoloji modeli yaxşılaşdırmağa, kainatın yaşını daha dəqiq şəkildə qiymətləndirməyə və onun gələcəyini daha yaxşı şəkildə proqnozlaşdırmağa imkan verəcək. Lakin bu məsələdə alimlərin hələ cavabını tapa bilmədikləri bir sirr var. Belə ki, Lambda-CDM adlı müasir kosmoloji model güman edir ki, Hubble sabitinin göstəricisi meqaparsek üzrə 67.3 km/s təşkil etməlidir. Alimlərin irəli sürdükləri nəzəriyyəyə əsasən ola bilsin ki, Hubble sabiti bizim lokal kainatımızda daha böyük, kosmosun uzaq sahələrində isə daha kiçikdir.
“The Walking Dead” serialından tanınan aktyor Norman Reedus bir neçə gün bundan öncə vermiş olduğu müsahibələrdən birində “Death Stranding” oyununun ikinci hissəsi üzərində işlərin getdiyini təsdiqləyib. “Death Stranding 2” rəsmi şəkildə anons olunmasa da müsahibə çərçivəsində Norman Reedus ləğv edilmiş “Silent Hills” oyununda baş qəhrəmanı oynamağa necə razılıq verdiyi və “Death Stranding” üzərində necə çalışdığı barəsində danışıb. Müsahibənin sonunda isə o qeyd edib ki, “Death Stranding 2”-nin hazırlanma mərhələsinə artıq start verilib. Qeyd etmək lazımdır ki, hələ 2020-ci ilin mart ayında məşhur aktyor qeyd etmişdi ki, o, “Death Stranding”-i istehsal etmiş Kojima Productions studiyasının rəhbəri Hideo Kojima ilə yeni layihə üzərində çalışmaq məsələsi üzrə danışıqlar aparır.
Keçən ilin avqust ayında isə Reedus qeyd etmişdi ki, “Death Stranding 2” barəsində danışıqlar artıq start götürüb. Qeyd etmək lazımdır ki, Konami şirkətindən ayrılandan sonra “Death Stranding” oyunu Kojima Productions studiyasının ilk oyunu olmuşdu. Oyun SIE (Sony Interactive Entertainment) şirkəti tərəfindən sponsorlaşdırılmış və 2019-cu ilin noyabr ayında eksklüziv olaraq Playstation 4 üçün satışa çıxarılmışdı. Playstation 4 üçün satışa çıxmasından 8 ay sonra isə 505 Games adlı şirkət onun PC üçün olan versiyasını satışa çıxartdı. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Hideo Kojima-nın komandası yeni ofisə köçmüşdü. Rəsmi olaraq Kojima Productions studiyası hal hazırda 3 layihə üzərində çalışır. Onlardan birincisi anime, ikincisi qeyri-adi konsepsiyaya sahib kiçik oyun, üçüncüsü isə AAA səviyyəli yeni oyundur.