“Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qanun layihəsi parlamentdə müzakirə ediləcək.
Bizim.Media xəbər verir ki, sözügedən qanun layihəsi Milli Məclisin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk plenar iclasının gündəliyinə daxil edilib.
Qeyd edək ki, iclasda ümumlikdə 12 məsələnin müzakirəsi nəzərdə tutulub.
Bizim.Media