“Kvabena Ovusunu “Qarabağ”la Çempionlar Liqasının təsnifat mərhələsi oyununda görüb bəyənmişik”.

Sportinfo.az xəbər verir ki, bunu Macarıstan “Ferentsvaroş”unun idman direktoru Tamaş Haynal qış transfer dönəmində “Qarabağ”dan aldıqları Kvabena Ovusu barədə danışarkən deyib.

Onun sözlərinə görə, III təsnifat mərhələsində məhz “Qarabağ”la qarşılaşmada qanalı hücumçunun performansını bəyəniblər:

“Bizimlə görüşdə onun oyunu marağımıza səbəb oldu. Həmin vaxtdan da çıxışını diqqətlə izlədik”.

“Qarabağ”la “Ferentsvaroş” arasında Bakıda baş tutan ilk görüşdə Kvabena Ovusu Macarıstan klubunun qapısına qol vurub.

Builki bürünc medal «Qəbələ»nin olmayacaq.

Başqa sözlə, keçənilki uğur təkrarlanmayacaq.

Artıq «Qəbələ» ilə ilk üç pillədəkilər arasında böyük uçurum, ciddi xal fərqi yaranıb. Elmar Baxşıyevin komandası hələ dördüncü pilləyə qalxsın, sonrasına baxarıq.

Bu gedişlə beşinci sıranı əldə saxlamaları da müşkülə dönəcək.

İki ya əvvəl təklifimi vermişdim - «Qəbələ»lilər yol ayrıcındadır və təcili seçim etməlidirlər. Demişdim: ya Premyer Liqanın arxasınca düşəcəklər, ya da kubokda nəyəsə nail olmalıdırlar.

Baxşıyevin heyəti qısırlıdır. Rəhbərlik baş məşqçiyə münasibətdə insaflı davranmır. Üç-dörd yeni futbolçu almaları gərəkirkən, bir legionerlə başını qatırlar.

Hələ bilinmir ki, o əcnəbi nə vaxt gələcək, necə gələcək, adaptasiya prosesini nə zaman keçəcək.

Bu kimi suallar çoxdur. Baxşıyevin kadr çatışmazlığı iəl yanaşı, nizam-intizam problemi var və onu heç cür aradan qaldıra, düzəldə bilmir.

«Qəbələ» sarı və qırmızı vərəqələrin sayında yeni rekord qırmağa gedir və bu, komandanın gerçək iç-üzünü göstərir.

Elədir, Vüqar Həsənli dünənki oyunda «Qəbələ»yə antapatiyasını gizlətmədi, Ruan Renatoya ilk «sarı»nı heç nədən göstərdi.

Həmçinin Asif Məmmədovun ayağını tapdalayan «Sabah»ın futbolçusunu bağışladı.

Braziliyalı müdafiəçinin önündə «qrımızı»nı görüncə, referinin üzərinə yeriməsi, aranın qarışması «Qəbələ»nin passivinə yazılmalıdır.

Dəfələrlə yazmışıq ki, Renato atamanlıq edir, özünü «bezpridel» aparır, bunun qarşısında bir dayanan lazımdır.

Gör, neçənci dəfədir komandanı pis vəziyyətdə qoyur, vaxtından əvvəl paltardəyişmə otağına yollanmalı olur.

Təəccüblü odur ki, Baxşıyev onlara cəza kəsmir, hər dəfə intizamsızlığa haqq qazandırır.

Heç şübhəsiz, bunu görən futbolçu özünü yığışdırmayacaq, səhvini anlamayacaq, gələn dəfə daha pis formada idmançıya yaraşmayan hərəkətə yol verəcək. Necə ki, belə də edirlər.

İntizamın olmadığı yerdə nəticələr də sabit olmayacaq. Bunlar sırf bir-birinə bağlı məsələlərdir.

«Qəbələ»nin baş məşqçisi isə özündən «evrika» kəşf etmək istəyir, deyəsən. Belə yanaşma ilə Baxşıyevin yeni velosiped ixtira eləmək xəyalına düşəcəyi günü görəcəyimizə də bir şey qalmayıb.

KAMİL

"Mançester Siti"ni tərk edərək "Bavariya"ya keçən Joao Kanselo İngiltərədən ayrılmasına aydınlıq gətirib.

Sportinfo.az xəbər verir ki, Almaniya mətbuatına danışan portuqaliyalı "şəhərlilər"in heyətində az-az oynamaq şansı tapdığına görə oranı tərk etdiyini bildirib:

"Oyun praktikam az idi. Məhz bu, qərarıma təsir etdi. Məsələ Xosep Qvardioladan getmir.

Özüm də, yeni sərgüzəştlər axtarırdım. “Bavariya” xəyal etdiyim klubdur. Fürsət düşdü, mən də istifadə etdim".

Xatırladaq ki, 28 yaşlı müdafiəçi mövsümün sonuna qədər Münhen klubunda icarə əsasında çıxış edəcək.

“Bavariya” yayda onu 70 milyon avro qarşılığında “Mançester Siti”dən transfer etmək hüququna da malikdir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

“Qrasshopper”in azərbaycanlı hücumçusu Renat Dadaşov İsveçrə kubokunun 1/8 finalında “Bazel”lə keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, klubun rəsmi saytına danışan millimizin forvardı ölkə kubokunda uğur qazanmaq istədiklərini bildirib:

“Kubok həmişə xüsusi turnirdir. Biz bütün gücümüzü meydanda qoyacağıq.

Çünki kubokda yolumuza davam etmək istəyirik. Azarkeşlərimizlə birlikdə bunu reallığa çevirmək olar”.

“Qarabağ”ın bu qış yeni transferlərindən olan Yassin Benzianın Konfrans Liqasının pley-off mərhələsinin “Gent”lə görüşlərində meydana çıxıb-çıxmayacağı hələ ki, bəlli deyil.

Sportinfo.az xəbər verir ki, məsələ haqda Qurban Qurbanov danışıb.

Ağdam klubunun çalışdırıcısı yeni transferlərin hazırkı durumu barədə bunları deyib:

“Gent”lə oyuna qədər minimum iki oyunçu tam istədiyimiz kimi hazır olacaq. Yassin Benzia komandaya gec qoşulub.

Ola bilər ki, onun hazırlığı digərlərindən aşağıdır. Amma qarşıda vaxtımız var. Həmin oyuna kimi hər şey bilinəcək”.

"Qarabağ" - "Gent" görüşü fevralın 16-da Bakıda, bir həftə sonra isə Belçikada keçiriləcək.

İkardi ailəsi ilə bağlı qalmaqallı xəbərlər dərc edilməkdə davam edir.

Bu dəfə məlum olub ki, Mauro həyat yoldaşı Vandanın ona Moskva "Spartak"ının futbolçusu Keyta Balde ilə xəyanət etməsindən şübhələnir.

Sportinfo.az xəbər verir ki, argentinalı bunun üçün hətta Baldanın həyat yoldaşına da müraciət edib.

İkardi ailəsinin olduğu bütün hekayələr həmişə qarışıq olur. Budəfəki hadisələrin mərkəzində olan isə Baldenin xanımı Simone Quatyeridir.

Simone 1990-cı ildə İtaliyada anadan olub. O, Keytadan beş yaş böyükdür. Quatyeri məşhur model və teleaparıcıdır.

Bir neçə dəfə gözəllik müsabiqələrində iştirak edib və İtalyadakı əyləncəli televiziya şousunun aparıcısı olduqdan sonra populyarlıq qazanıb.

Simone "İnter"in fanatıdır və Balde ilə tanış olmazdan əvvəl Stefan El Şaaravi ilə birlikdə olub. Keyta ilə tanışlığı 2017-ci ildə Romada başlayıb.

"Barselona"nın yetirməsi o vaxt "Latsio"da çıxışır edirdi. Cütlük münasibətlərə həmin ilin yayında futbolçu "Monako"ya transfer olunanda başladılar.

Ancaq oların Fransa macərası uzun çəkmədi. Seneqallı vinger 2018-ci ildə İtaliyaya qayıtdı.

O, əvvəlcə icarə əsasında Simonenin sevimli komandası "İnter"də, sonra isə "Sampdoriya" və "Kalyari"də oynadı.

2 övladı olan cütlük 2022-ci ilin mayında münasibətlərini rəsmiləşdirib.

Dünyanın futbol tarixi maraqlı hadisələrlə zəngindir.

Bu zənginliyə təkcə qələbə və məğlubiyyətlər, böyük hesablar, yaşıl meydançalarda oyunçu-hakim mübahisələri aid deyil, o cümlədən azarkeşlərin də bu oyuna qarşı xəstəlik dərəcəsində bağlılığı futbol tarixinə bir-birindən maraqlı hadisələr həkk edib.

Belə maraqlı hadisələrdən biri də 1970-ci ildə Meksikada keçirilən futbol üzrə dünya çemrionatı zamanı baş verib. Həmin çempionatda SSRİ yığması da iştirak edib. Dörddə bir finala qədər yüksələn sovet futbolçuları iyunun 14-də Uruqvay yığması ilə qarşılaşıblar.

Digər ölkələrdə olduğu kimi, SSRİ-də də çempionatın oyunları maraqla izlənilib. SSRİ-Uruqvay matçını isə sovet azarkeşləri səbirsizliklə gözləyiblər. Kreml məmurlarından, Leonid Brejnevdən tutmuş sıravi vətəndaşlara qədər bu matçın nəticəsi hamıda sonsuz maraq yaradıb.

Milyonlarla azarkeşin arasında tanınmış müğənni, kino və teatr aktyoru, bəstəkar, şair, milyonların sevimlisi olan Vladimir Vısotski də sovet futbolçularının Meksikadakı oyunlarını həyəcanla izləyib. Dörddə bir finaldakı oyun zamanı isə Vısotski Suxumidə qastrolda olub. İyunun 14-də SSRİ-Uruqvay matçının başlandığı saatda Moskvadan gələn aktyorların Suxumidə tamaşası planlaşdırılıb və artıq biletlər də satılıb. Tamaşaların vaxtı aktyorlara təqdim ediləndə futbolla tamaşanın vaxtının eyni saata düşməsi Vısotskinin narazılığına səbəb olub və o, etirazını gizlətməyib:

- Biz həm tamaşada oynamalıyıq, həm də futbola baxmalıyıq. Bu oyunu buraxmaq olmaz. Nəsə fikirləşmək lazımdır.

Truppa rəhbəri bunun mümkün olmadığını bildirib:

- Biletlər satılıb, ətraf rayon və qəsəbələrdən kilometrlərlə məsafə qət edib tamaşaya baxmaq üçün Suxumiyə gələnlərin sayı da az deyil. Biz heç nəyi dəyişə bilmərik. Futbola görə tamaşanı təxirə salmağı heç kim ağlına gətirməsin. Buna görə Mədəniyyət Nazirliyi bizə sağ ol deməyəcək.

Vısotski aktyorların qarşısına çıxaraq fikrini bildirib:

- Biz futbolu buraxmayacağıq, amma tamaşa da olacaq...

Öz qanunları ilə yaşayan müğənni məsələni də özünəməxsus həll edib. O, heç kimlə məsləhətləşmədən Abxaziyanın partiya rəhbərləri ilə əlaqə yaradıb. Kiçik ranqlı məmurlar Vısotskiyə kömək edə bilməyiblər. Nəhayət, müğənni Abxaziya vilayət partiya komitəsinin birinci katibi Valerian Kobaxiyanın qəbuluna gedib. Birinci katib populyar müğənini hörmətlə qarşılayıb və elə düşünüb ki, Moskvadan gələn aktyorların mehmanxana, qalma şəraitləri, qidalanma məsələlərində problem var. Vısotski birbaşa mətləbə keçib:

- Valerian Osmanoviç, biz futbola baxmaq istəyirik.

Vısotskinin bu cür girişi birnci katibi təəccübləndirib:

- Bu gün hamı futbola baxacaq. İnanıram ki, SSRİ yığması hamımızı sevindərəcək. O cümlədən sizi də. Əgər istəsəniz bizim inzibati binanın akt zalında da televizor var, matçı oradan da seyr edə bilərsiniz. Amma mən bilən, sizin qaldığınız mehmanxanada da nömrələrdə televizor var.

- Problem televizorda deyil. Biz istənilən bir evdə də gedib futbola baxa bilərik. Problem ondadır ki, futbolla tamaşa eyni saatda başlayır. Siz göstəriş verin, tamaşanın vaxtını bir neçə saat ya əvvələ, ya da sonraya təyin etsinlər.

Məsələni anlayan birinci katib Vısotskinin problemini təbəssümlə qarşılayıb, elə Vısotskinin yanında mədəniyyət şöbəsinə zəng vuraraq müvafiq tapşırıq verib.

Beləliklə, Moskvadan gələn aktyorlar Vısotskinin sayəsində mehmanxanada rahatlıqla matçı seyr ediblər. Növbəti gün birinci katib tamaşaya gəlib. Tamaşadan sonra aktryorlarla görüşüb, onlara minnətdarlığını bildirib. Vısotskiyə çatanda müğənni atmacasını saxlaya bilməyib:

- Valerian Osmanoviç, amma siz deyən olmadı.

- Niyə? Mən dediyimi etdim, tamaşanın vaxtını dəyişdim.

- Yox, mən başqa şeyi nəzərdə tuturam. Siz dediyiniz kimi, SSRİ yığması bizi sevindirmədi.
Birinci katib də öz zarafatından qalmayıb:

- Bu artıq mənim gücüm və səlahiyyətim daxilində deyil. Mən sadəcə birinci katibəm. Bu məsələni Moskvada həll edərsən.

Qeyd edək ki, dörddə bir finalda SSRİ yığması Uruqvay futbolçularına 1-0 hesabı ilə məğlub olub. Bu məğlubiyyət digər azarkeşlər kimi Vısotskini də məyus edib.

Vısotski uşaqlıq illərindən futbola maraq göstərib. O, MOİK (Mərkəzi Ordu İdman Klubu) klubuna azarkeşlik edib. Atası hərbçi olduğundan bu komanda ona daha doğma görünüb. Müğənni heç vaxt qatı futbol azarkeşi olduğunu dilə gətirməyib, müsahibələrinin birində bu məsələyə münasibətini aşağıdakı kimi bildirib: “Mənim psixoloji problemim yoxdur, mən xəstə deyiləm, mən azarkeş olsam, stadionda ölərəm...”

Əslində isə heç də onun futbola münasibəti söylədiyi kimi olmayıb. Vısotski bu oyuna sonsuz marağı sayəsində futbol haqqında beş mahnı yazıb. Daha çox isə SSRİ yığması xaricdə oynayanda futbol həyəcanını boğa bilməyib. Həmçinin onun tanınmış sovet futboçuları ilə dostluq əlaqələri də olub.

Müğənni mötəbər futbol tədbirlərinə dəvət alsa da, çox vaxt bu tədbirlərdən “orada partiya məmurları çoxdur” deyə imtina edib. O, futbolçulara öz ehtiramını başqa məkanlarda nümayiş etdirib, onları qonaq çağırıb, SSRİ-nin futbol şərəfini qoruyanlara təmənnasız konsert verib (musavat.com).

İlham Cəmiloğlu

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində səfərdə "Şamaxı"nın qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi bu görüşə ciddi itki ilə çıxacaq.

Mövsüm ərzində dördüncü dəfə sarı vərəqə görə Natan Oduva cəza səbəbindən Şamaxıda komandasına kömək edə bilməyəcək.

"Şamaxı" - "Turan Tovuz" qarşılaşması 6 fevral tarixində, saat 14:00-da Şamaxı Şəhər Stadionunda baş tutacaq.

Qadınlardan ibarət Azərbaycan millisinin voleybolçusu Şəfaqət Alışanova "Azərreyl"ə keçib.

Sportinfo.az xəbər verir ki, toppaylayıcı ilə rəsmi müqavilə imzalanıb. Sözləşmənin detalları açıqlanmayıb.

Alışanova son olaraq Macarıstanın "MAV Elore SC" komandasında çıxış edib.

Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, günün ilk oyununda "Qəbələ" "Sabah"ı qəbul edib.

Qəbələ şəhər stadionundakı qarşılaşma paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Bayquşlar"ın qollarını 60-cı dəqiqədə Davit Volkov, 70-ci dəqiqədə Con İrasabal, 89-cu dəqiqədə Coy Lens Mikels vurub.

Meydan sahiblərinin heyətində Ruan Renato 28-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra xallarının sayını 49-a çatdıran "Sabah" 2-ci pillədə qərarlaşıb. 26 xala malik "Qəbələ" 5-ci sıradadır.

Azərbaycan Premyer Liqasının 20-ci turunda keçirilən “Neftçi” - “Zirə” oyununda maraqlı epizod yaşanıb.

Sportinfo.az xəbər verir ki, matçın 72-ci dəqiqəsində qarşılaşmanın baş hakimi Rəşad Əhmədov “Neftçi”nin hücumu zamanı ofsayd qərarı verib.

Lakin həmin epizod zamanı qonaqların futbolçusu Donald Gerye başla topa zərbə vurarkən əli rəqib oyunçu Mateus Saldanyanın üzünə dəyib.

Bundan sonra Rəşad Əhmədov epizodla bağlı VAR-ın qərarı gözləyib. VAR hakimləri isə epizoda qiymət vermək üçün Rəşad Əhmədovu monitora baxmağa dəvət edib.

Epizoda baxan referi qalmaqallı qərar verib. O, epizodu həm ofsayd kimi dəyərləndirib, həm də Donald Geryeyə əli rəqibin üzünə dəydiyinə görə ikinci sarı vərəqəni göstərib.

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2022-də ən çətin hesab etdiyi oyunu açıqlayıb.

Sportinfo.az xəbər verir ki, o, qrup mərhələsinin 2-ci turunun Meksika ilə görüşü (2:0) fərqləndirib:

“Bizim üçün ən çətin matç Meksika ilə oldu, çünki qrupdakı taleyimiz həll olunurdu. Ən pis oynadığımız matç da bu idi.

Nə olursa olsun, qalib gəlmək məcburiyyətindəydik və bu, bizi fərqli oynamağa məcbur etdi".

Argentina finalda Fransaya qalib gələrək DÇ-2022-nin qalibi olub.

PSJ və “Çelsi” arasında Hakim Ziyeşin transferi ilə bağlı gərginlik yaşanıb.

Sportinfo.az xəbər verir ki, tərəflər qeydiyyat məsələsində gecikdikləri üçün keçidi yekunlaşdıra bilməyiblər.

Belə ki, London klubu onun sənədlərini Fransa təmsilçisinə üç dəfə yanlış göndərib. Bu üzdən də yekunda transferi rəsmiləşdirmək mümkün olmayıb.

Hakim Ziyeş 2022/23 mövsümündə “Çelsi”nin heyətində bütün turnirlər daxil olmaqla, 15 oyuna çıxıb və bir məhsuldar ötürmə edib.

Onun “zadəganlar”la müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Braziliyanın B seriyasının "Ponte Preta" klubunda çıxış edən, "Keşlə"nin(indiki "Şamaxı") sabiq müdafiəçisi Artur Souza sportal.az-a müsahibə verib.

Sportinfo.az xəbər verir ki, braziliyalı "Vorskla"dan komanda yoldaşı olan "Zirə"nin yeni transferi Vladislav Kulaçk haqda da fikirlərini bildirib.

- "Ponte Preta"da işlərin necə gedir?
- "Ponte Preta"da işlər çox yaxşı gedir. Özümü xoşbəxt hiss edirəm. Çünki böyük klubdayam. Komandanın böyük azarkeş kütləsi var. Özü də B seriyasında çıxış edirik. Burada rəqabət çox güclüdür.

- Azərbaycanda indi "Şamaxı" adlanan vaxtı ilə "Keşlə"də oynamısan. Orada niyə qalmadın?
- Bəli, o vaxtı özümü qalmadım “Keşlə”də. Çünki alınmadı. Klubda təşkilatçılıq da daxil olmaqla, çox şey çatışmırdı.

- Maraqlıdır, son vaxtlarda Azərbaycandan təklif almısınız?
- Bəli, Azərbaycan klublarından təklif almışam. Amma hansı klub olduğunu deyə bilmərəm. Çünki özüm də bilmirəm. Agentdən soruşmamışam. Hazırda Braziliyada işlərim yaxşı gedir, böyük klubun bir parçasıyam. Özü də ailəmə yaxınam.

- Azərbaycan Premyer Liqası sənin üçün necə yadda qalıb?
- Çox çətin liqa olduğunu xatırlayıram. Çünki “Qarabağ” və “Neftçi” kimi hər zaman güclü olan klublar var. Yaxşı çempionatdır, səviyyə yüksəkdir.

- "Vorskla"dan tanıdığınız Vladislav Kulaç Azərbaycanda çıxış edəcək, "Zirə" ilə anlaşıb. Onun haqqında nə düşünürsünüz?
- Kulaç əla oyunçudur, bir müddət eyni komandada oynamışıq. Məncə, o, “Zirə”yə çox kömək edəcək. Onunla “Vorskla”da komanda yoldaşı oldum, nəyə qadirdir, gördüm. Əmin ola bilərsiniz ki, “Zirə” əla futbolçu ilə müqavilə imzalayıb.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti daha bir dövlətə xəyanət faktının üstünü açıb.

Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin kapitanı 2021-ci ilin əvvəlində xarici kəşfiyyat xidməti tərəfindən işə götürülüb və silahlar, döyüş mövqeləri, texnika haqqında məxfi məlumatları, o cümlədən bu yaxınlarda əldə etdiyi Hindistanın fotoşəkillərini ötürüb.

Adı açıqlanmayan həmin şəxsin iki dəfə ötürülən məlumatlara görə mükafat aldığı, artıq həbs edildiyi də bildirilir.

20-ci turun mərkəzi və prinsipial qarşılaşması “Bakcell Arena”da baş tutacaq.

Turun sonuncu gününün sonuncu oyununda “Neftçi” “Zirə”ni qəbul edəcək.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan və turnir cədvəlində qonşu olan komandaların duelindən hansının qalib ayrılacağını Rəşad Əhmədovun final fitindən sonra biləcəyik.

Fərqli ab-hava

Bu oyunda qeydə alınacaq hesab “Neftçi” üçün olduqca önəmlidir. Bakılılar yeni ildə 3-ü Antalyada, 1-i Premyer Liqada olmaqla 4 görüş keçirib ki, bunlardan yalnız 1-də qalib gəlib. “Ağ-qaralar”ın xüsusən ötən həftə “Sabah”la vacib qarşılaşmada məğlub olması düşərgədəki ab-havanı kifayət qədər gərginləşdirib. Çempionluqdan böyük ölçüdə əli üzülən ölkənin ən köklü klubunun “Sabah”la xal fərqi də kifayət qədər artıb (8 xal).

Zirəlilərlə matçda da yaşana biləcək mümkün xal itkisi Laurentsiu Regekampfın rəhbərlik etdiyi kollektivi çıxılmaz duruma salacaq. İndiki vəziyyətdə “Neftçi”də psixoloji gərginliyin olması anlaşılandır.

Ard-arda yeni futbolçularla güclənən “qartallar” isə yeni ildəki ilk rəsmi oyunda “Sumqayıt” üzərində qazandığı inamlı qələbə ilə gələcəyə ümid verdi. Rəşad Sadıqovun komandası rəqibin yaxşı günlərdən uzaq düşdüyünün fərqindədir. Və bundan maksimum yararlanmaq üçün istək 1-ə 5 artıb.

Qələbə stimulu

“Neftçi”nin yenilgisi turnir cədvəlindəki gərginliyi bir az da artıracaq. “Sabah” ın növbəti qələbəsi fonunda “ağ-qaralar”ın uduzması aradakı xal fərqi 11-ə yüksəldəcək. Üstəlik, zirəlilər “ağ-qaralar”ı yaxalamaq şansı qazanacaq. Belə deyək, “Zirə” fevralın 1-də “Neftçi”ni udsa, xal fərqi 4-ə enəcək. Bu isə qəsəbə təmsilçisinə əlavə stimul verir.

Qisas anı

“Neftçi”ylə oyun “qartallar”ın məşqçi və futbolçu heyəti üçün xüsusi prinsipiallıq daşıyır. Meydan sahibləri cari Premyer Liqa mövsümündə rəqibini hər iki matçda məğlub edib. Doğma azarkeşlər önündə 2:1, səfərdə 3:0 hesabı ilə.

Kubok mübarizəsində də istəyinə çatan “ağ-qaralar” olub. 1/4 final mərhələsi çərçivəsində baş tutan ilk dueldən “qartallar” 1:0 hesabı ilə üstün ayrılmışdısa, cavab görüşündə “Neftçi” təcrübəsi hesabına 3:1 hesablı qələbə ilə yarımfinala yüksəlmişdi.

İndi Rəşad Sadıqovun illərini verdiyi komandadan almalı olduğu qisas var. Kubokdakı məğlubiyyətin əvəzini çıxmaq, çempionatın ilk yarısındakı yenilgiləri qismən unutdurmaq üçün “Zirə” qələbəyə sevinməlidir.

Cari mövsümdə əsas rəqibləri “Qarabağ” və “Sabah”la keçirilən 5 oyunun hamısında uduzan “Neftçi”nin çərşənbə günü növbəti yenilgini yaşaması ortaya böyük, çox böyük suallar çıxaracaq.

Fevralın 1-də Premyer Liqanın 20-ci turu çərçivəsində “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Zirə” oyunu saat 17.30-da başlayacaq.

HƏBİB

"Qarabağ"dan "Ferentsvaroş"a transfer olan Kvabena Ovusu yeni komandasının heyətində ilk matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, qanalı forvard bu gün Macarıstan çempionatının "Pakşi"la səfər oyununda debüt edib.

65-ci dəqiqədə meydana daxil olan 25 yaşlı hücumçu 7 dəqiqə sonra qol vurmağı bacarıb.

"Pakşi" - "Ferentsvaroş" qarşılaşması qonaqların 3:1 hesablı qələbəsiylə başa çatıb.

Azərbaycan Premyer Liqasının 20-ci turunda keçirilən “Qəbələ” – “Sabah” oyununda qalmaqal yaşanıb.

Sportinfo.az xəbər verir ki, matçın 26-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Ruan Renato dirsəklə rəqib futbolçunu vurub.

Nəticədə baş hakim Vüqar Həsənli oyunu dayandırıb və “Sabah”ın xeyrinə cərimə zərbəsi təyin edib. Bu zaman Ruan Renato 4-cü hakim Rəvan Həmzəzadəyə yaxınlaşaraq ona nəyisə izah etməyə çalışıb.

Hakimin cavabından qəzəblənən təcrübəli müdafiəçi ona hücum etmək istəyib. Amma komanda yoldaşları Ruanı sakitləşdirə bilib.

Daha sonra isə Vüqar Həsənli Renatoya qırmızı vərəqə göstərib. Bu qərarla razılaşmayan müdafiəçi baş hakimin də üzərinə hücum etmək istəyib. Lakin məşqçilər heyəti onu meydandan çıxara bilib.

"Səbail"ə qarşı Azərbaycan Premyer Liqasının XX tur oyununun fasiləsində insident zamanı bıçaqlanan "Kəpəz"in azarkeşi Rahib Ələsgərovun son durumu açıqlanıb.

Sportinfo.az xəbər verir ki, 1 saylı Şəhər Klinik Xəstəxanada əməliyyat olunan fanatın vəziyyəti normaldır.

O, reanimasiyadan adi palataya köçürülüb. Qarşıdakı günlərdə evə buraxılacaq.

"Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiri və üzvü, eyni zamanda millət vəkili Müşfiq Cəfərov Ələsgərovu ziyarət ediblər. Azarkeşin vəziyyəti ilə maraqlanan klub rəhbərliyi ona şəfa diləyib, tezliklə tribunaya dönməsini arzulayıb.

Deyəcəksiz ki, futbol komandası ilə Qurban Pirimovun tarının nə əlaqəsi? Tələsməyin, görərsiz.

Qurban əmi bildiyiniz kimi, Ağdam rayonunun Abdal-Gülablı kəndində doğulub. Demək olar ki, bu kəndin yarısı onun qohumudu. Rəmişin uşaqlığında Qurban əmi ona bir tar bağışlamışdı. Sonra Bakının məşhur tarzənləri o tarı Rəmişdən almaq üçün az qala bir "Jiquli"nin pulunu təklif edirdilər, amma Rəmiş o tarı heç kimə satmırdı.

Uzatmayım, bunu bir dəfə də yazmışam. Günlərin birində bir toyda Rəmiş hirslənib həmin tarı oynayanların birinin başına vurmuşdu, tar da çilik-çilik olub dağılmışdı. Erməni kamançaçalan vardı, o tarın qırıqlarına üç minmi, üç min beş yüz manatmı verib Rəmişdən almışdı. Yəqin ki, sonra yığdırıb erməni tarı kimi hansısa muzeyə ya satıb, ya da bağışlayıb. Nə isə.

Gələk Qurban əminin ikinci bir tarına. Qurban əminin Ağdamda kiməsə bağışladığı başqa bir tarı da vardı. O tar da əldən-ələ gəzirdi. Tarçalanlar babat pul verib həmin tarı alırdılar, forslanmaq üçün ki, Qurban əminin tarı məndədi. Biri alırdı, sonra başqası daha bir az çox pul verib tarı götürürdü, beləcə tar üstündə qırğın idi.

Axırıncı dəfə Elgiz müəllim almışdı.

Ağdamdan çıxan böyük tarzənlərin, ya xanəndələrin demək olar ki, hamısının muğam müəllimi məşhur tarçalan Məşədi Nəriman olmuşdu, özü də həm də söz ustadı idi.

Gəlib Məşədi Nərimana deyirlər:

- Məşədi, xəbərin var, Qurban əminin tarını indi də dörd min manata Elgiz müəllim alıb.

Məşədi başını bulayıb deyir:

- Ay bala, o tarın bəxti yoxdu ey. Qurban əmidən sonra hələ bir çalan əlinə düşməyib.

İndi "Neftçi" komandası da Böyükağa Hacıyevdən sonra bir normal məşqçi əlinə düşməyib.

Allah Qurban əmiyə də, Böyükağa Hacıyevə də rəhmət eləsin.

Aqil Abbas