Azərbaycanın ən oxunaqlı media portallarından biri olan Sportinfo.az saytı müxtəlif təmayüllü təşkilatlar, biznes sturkturları və idman federasiyaları ilə portnyorluğa hazır olduğunu açıqlayır.

Böyük oxucu auditoriyasına malik Sportinfo.az reklam əməkdaşlığı qurmaq istəyən qurum və şirkətlərin təkliflərini gözləyir.

Şərtlərimizlə tanış olmaq istəyənlər bizimlə əlaqə qurmaq üçün:

GM MEDİA REKLAM

Telefon: (055) 278-90-41

E-mail: gmmediareklam@gmail.com

Azərbaycanın ilk veb-təhlil aləti - Metrix.az-da ölkə ərazisində fəaliyyət göstərən saytların reytinq cədvəli müəyyənləşrib.

Sportinfo.az Medianın İnkişafı Agentliyinin təşəbbüsü ilə yaradılan Azərbaycanın milli rəqəmsal media təhlili platformasında yer alıb (https://metrix.az/ratings/).

"Metrix” təhlil platforması 50-dən çox yerli informasiya veb-saytı və keçirilən sorğular vasitəsilə ölkədə ən çox oxunan xəbərləri, günün trendlərini və müxtəlif digər statistik məlumatları özündə ehtiva edir.

Platforma Sportinfo.az-ın Azərbaycanın ən oxunaqlı idman saytı olmasını göstərir. Sportinfo.az may ayının ilk 22 günü ərzində 1 milyon səddini keçən yeganə idman saytıdır.

Ümumiyyətlə, Sportinfo.az ölkədə fəaliyyət göstərən bütün online media orqanları arasında ilk «TOP-15»də yer alıb. Reytinq göstəricilərinə görə Sportinfo.az əksər ictimai-siyasi, sosial və mədəniyyət yönümlü saytları qabaqlayıb.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov aprelin 29-da keçirilən təqdimat mərasimində müxtəlif istiqamətlərdə həyata keçirilən islahatların davamı olaraq, onlayn media subyektləri üçün əlavə reklam fürsətlərinin yaradılmasında media təhlili platformasının əhəmiyyətini vurğulayıb.

Bildirib ki, milli sayğac vasitəsilə veb-saytların reytinqinin müəyyənləşdirilməsi biznes strukturları üçün etibarlı data baza formalaşdıracaq.

"Zirə" UEFA Konfrans Liqasında ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov bildirib.

Onun sözlərinə görə, komanda ev matçlarını "Dalğa Arena"da oynayacaq.

Bu mövsümü icarə əsasında «Ankaragücü»də keçirən Kvabena Ovusu iyunun 9-da Azərbaycana gələcək.

O, müqavilə ilə məxsus olduğu «Qarabağ»ın yeni sezon hazırlıqlarında iştirak edəcək.

Qanalı hücumçunun Ağdam təmsilçisi ilə sözləşməsi gələn ilin yayında bitəcək və əgər sərfəli təklif gəlməsə, burada qalacaq. Qurban Qurbanov 25 yaşlı forvardın ön xətdə rəqabəti bir qədər də artıracağını düşünür.

Əslində baş məşqçi onun bu ili də «Qarabağ»da keçirməsini istəyirdi. «Anrkaragü»cünün prezidenti Mehmet Yiğinerin Tahir Gözəllə münasibətləri Ovusunun icarəyə verilməsinə zəmin yaratdı.

«Köhlən atlar»ın başqanı türkiyəli həmkarıyla dost olduğundan, onun xahişini yerə salmadı və afrikalı hansısa məbləğ ödənilmədən bu ölkənin yolunu tutdu.

İndi isə «Ankaragücü» sükuta dalıb və Qana yığmasının üzvünə görə «Qarabağ»a rəsmi müraciət etməyib.

TFF I Liqanın çempionu kimi Super Liqaya vəsiqə qazanan paytaxt təmsilçisi bu dəfə də «köhlən atlar»ın qapısını döysə, onu təkrar icarəyə götürə bilməyəcək.

«Anrkaragücü» Ovusunun xidmətinə maraq göstərərsə, qarşı tərəfin istəyəcəyi təzminatı ödəməlidir.

SPORTİNFO.AZ

“Neftçi”nin Samir Abasovla yollarını ayıracağı heç kimdə şübhə doğurmur.

Paytaxt klubunun rəhbərliyi artıq yeni baş məşqçi axtarışına da çıxıb.

Mətbuatda Temuri Ketsbaya, Roman Qriqorçuk kimi mütəxəssislərin adı çəkilsə də, hələ ki rəsmi təsdiq yoxdur.

Qriqorçuk variantı kifayət qədər inandırıcıdır. “Neftçi”nin idman direktoru Zaur Əzizovun vaxtı ilə “Qəbələ”də ukraynalı məşqçi ilə birgə işləməsi də bu ehtimalı artırır.

Msport.az hazırda boşda olan MDB məkanının tanınmış mütəxəssislərdən bəzilərini “Neftçi” rəhbərliyinin yadına salır.

Vasili Saçko

Yaş: 47

İşlədiyi yerlər: “Vorskla” (2012-2019), “Volın” (2020-2021)

Saçko bizə hələ “Volın”da Kamal Quliyev, Samir Əliyev, Tərlan Əhmədovla birgə çıxış etdiyi vaxtdan yaxşı tanışdır. 2012-ci ildə “Vorskla”da karyerasını bitirən hücumçu elə bu klubda da məşqçiliyə başlayıb. O, 2014-də Poltava təmsilçisinin sükanı arxasına keçib. “Vorskla” onun rəhbərliyi altında 2015-2016 və 2016-2017-ci illərdə Avropa Liqasında çıxış etsə də, ilk mərhələdə mübarizəni dayandırıb. Saçko 2018-ci ildə komandaya Ukrayna çempionatının bürünc medalını qazandırıb. “Vorskla” Avropa Liqasının qrup mərhələsində “Qarabağ” üzərində qələbə qazana bilmişdi. Ötənlərin tanınmış futbolçusu “Vorskla”dan sonra “Volın”da bir il işləyib.

Leonid Kuçuk

Yaş: 62

İşlədiyi yerlər: “Şerif” (2004-2010), “Salyut” (2010), “Arsenal” (Kiyev) (2011-2012), “Kuban” (2013), “Lokomotiv” (2013-2014), “Kuban” (2014-2015), “Stal” (2017), “Rostov” (2017), “Rux” (2019), “Dinamo Minsk” (2020-2021) “Rux” (2021).

Kuçukun yaşı sizi aldatmasın. Müharibə başlayana qədər təcrübəli mütəxəssis Lvovun “Rux” klubunda işləyirdi. Kuçuk müxtəlif illərdə Moldova, Ukrayna və Belarus çempionatlarının ən yaxşı məşqçisi olub. O, 2013-2014-cü illər mövsümündə Moskva “Lokomotiv”ə Rusiya Premyer Liqasının bürünc medalını qazandırıb. Təcrübəli məşqçinin ən çox çalışdığı yer “Şerif”dir. Kuçuk Tiraspol təmsilçisini 6 dəfə Moldova çempionu edib. “Şerif” 2009-cu ildə “Birlik kuboku”nu da qazanıb. Komanda həmin dövrdə Avropa Liqasının qrupunda da oynayıb.

Raşid Rahimov

Yaş: 57

İşlədiyi yerlər: “Admira Vakker” (2002-2004), “Amkar” (2006-2007), “Lokomotiv” (2007-2009), “Amkar” (2009-2011), “Terek” (2013-2017), “Axmat” (2018-2019), “Ufa” (2020-2021).

Raşid Rahimovu daha çox “Matç” Tv-dən ekspert kimi tanıyırıq. Rusiya və Tacikistan yığmalarında da çıxış etmiş Rəhimov məşqçilik karyerasına Avstriyada başlayıb. Uzun illər Avstriyanın müxtəlif klublarında forma geyinmiş müdafiəçi məşqçiliyə “Admira Vakker”də başlayıb. Sonradan Rusiyaya gələn mütəxəssis müxtəlif komandalarda işləyib. “Terek”in ən yaxşı nəticələri onun adı ilə bağlıdır.

Oleq Kononov

Yaş: 56

İşlədiyi yerlər: “Karpatı Lvov” (2008-2011), “Sevastopol” (2012-2013), “Krasnodar” (2013-2016), “Ahmat” (2017), “Arsenal Tula” (2018), “Spartak” (2018-2019), “Riqa” (2020).

Belarus məşqçilik məktəbinin daha bir yetirməsi. Konovun Rusiya karyerasının zirvəsi “Spartak”da çalışması idi. Amma aydın məsələdir ki, paytaxt klubunda baş çıxarmaq asan məsələ deyil. Həmin vaxt Sports.ru saytının keçirdiyi sorğuya əsasən, “Spartak” tarixinin ən uğursuz məşqçisi sayılmışdı. O, Moskva klubuna qədər 2014-2015-ci illərdə “Krasnodar”a çempionatın bürünc medalını qazandırmışdı və Rusiya Futbol İttifaqının versiyasına əsasən, mövsümün ən yaxşı məşqçisi seçilmişdi.

Viktor Qonçarenko

Yaş: 44

İşlədiyi yerlər: BATE (2007-2013), “Kuban” (2013-2014), “Ural” (2015), “Ufa” (2016), ÇSKA (2016-2021), “Krasnodar” (2021-20220.

Qonçarenko ilin əvvəlində “Krasnodar”dan ayrıldıqdan sonra işsizdir. MDB məkanında ən sayılıb-seçilən məşqçilərdən biri hesab olunur. O, 2 dəfə ÇSKA ilə Rusiya çempionatının qızıl medalını qazanmağa yaxın olsa da, gümüşlə kifayətləndi. Altı dəfə BATE-ni Belarus çempionu edən mütəxəssis on dəfə bu ölkədə ilin məşqçisi seçilib. BATE 2008-ci ildə Çempionlar Liqasının qrupuna vəsiqə qazanarkən Qonçarenkonun 21 yaşı var idi. O, ÇL tarixində qrupa düşmüş ən gənc məşqçi oldu. BATE-nin “Yuventus”la hər iki oyunda heç-heçə (2:2, 0:0) etməsini hələ də azarkeşlər yaxşı xatırlayırlar. 2010-cu ildə isə Belarus klubu onun rəhbərliyi altında ilk dəfə Avropa Liqasında 1/16 final mərhələsinə çıxardı. Orada BATE-nin yolunu PSJ kəsdi.

Yuri Vernidub

Yaş: 56

İşlədiyi yerlər: “Zarya” (Luqansk) (2011-2019), “Şaxtyor” (Soliqorsk) (2019-2020), “Şerif” (2020).

Vernidub hələ də rəsmən “Şerif”in baş məşqçisi sayılsa da, onun Ukraynaya qayıdıb Rusiyaya qarşı döyüşlərdə iştirak etdiyinə dair xəbərlər yayılmışdı. Vaxtı ilə Bakıya gəlib “Sabah”ın oyununu izləyən amma sonradan klubdan dəvət almayan məşqçi “Neftçi” üçün yaxşı variant sayıla bilər. Ancaq Vennidubun müharibədə döyüşməsi “ağ-qaralar”ın rəhbərliyini düşünməyə sövq edəcək. Bu elə məsələdir ki, ən yüksək səviyyədə “Neftçi”yə “ok” gəlməlidir. Lakin indiki məqamda Vernidub Ukraynanı qoyub Azərbaycana gələrmi? Buna da inanmaq bir az çətindir. Verniduvun məşqçi kimi səviyyəsini geniş müzakirə etməyə ehtiyac da yoxdur: “Şerif”in Çempionlar Liqasındakı son mövsümünü yada salmaq kifayət edər.

“Başakşəhər” iki futbolçusu ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiəçi Salih Uçan və “Pizzi” ləqəbi ilə tanınan Luis Miguel Afonso Fernandeslə vidalaşıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçuya xidmətlərinə görə təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.

Pizzi bu ilin əvvəlində Portuqaliyanın “Benfika” klubundan icarəyə götürülmüşdü. 32 yaşlı portuqaliyalı futbolçu Türkiyə təmsilçisinin heyətində 10 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Salih Uçan isə qışda “Beşiktaş”dan icarəyə götürülmüşdü. O, bu komandanın heyətində meydana çıxdığı 11 oyunda fərqlənə bilməyib.

“Başakşəhər” heyətini yeni futbolçu ilə də gücləndirib. İstanbullular Polşanın “Zaqlembe” klubundan Patrik Şişi heyətə qatıblar.

24 yaşlı forvardla 3 illik müqavilə imzalanıb. Polşalı futbolçu daha öncə ölkəsində “Qurnik” və “Motor”un da formasını geyinib.

“Real”ın yarımmüdafiəçisi Luka Modriç Madrid klubunun baş məşqçisi Karlo Ançelotti haqda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, Modriç Ançelottini tarixin ən yaxşı məşqçilərindən biri hesab edir:

“Ançelotti futbol tarixinin ən yaxşı məşqçilərindən biridir. Onun ən çox diqqət çəkən cəhəti şəxsiyyətidir.

Ən yaxşı cəhəti isə həyat tərzi, təvazökarlığı, insanlara münasibəti, futbolçularla maraqlanması, onlarla danışıq tərzidir.

Təbii ki, “Real”da belə gözəl ab-hava həm də onun sayəsindədir. Ümid edirəm ki, bu mövsüm ən yaxşı şəkildə başa çatacaq və bu da Ançelotti sayəsində olacaq”.

“Real” və “Liverpul” arasında Çempionlar Liqasının final oyunu mayın 28-də keçiriləcək.

Dövlət Premyer Liqada çıxış edən 10 klubun hər birinə eyni məbləğdə vəsait ayıracaq.

Bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev açıqlama verib.

O bildirib ki, bacarığı olanlar sponsorlar cəlb edib, əlavə gəlir qazanacaq: "Bu, onların öz işləridir. Məbləği bilirəm, amma açıqlaya bilmərəm".

PFL rəhbəri bu mövzuda oxu atıb yayı gizlətsə də, bizim belə bir fikrimiz yoxdur. Əlimizdə müəyyən bilgilər var və onu oxucularımızla bölüşməkdən məmnunuq.

Deməli, məsələ belədir: Premyer Liqanın yeni titul sponsorunun təqdimatına hazırlıq görülür. «Demirörən Holdinq»lə tərəfdaşlıq sayəsində yaradılan «Misli» elitanın himayədarı olacaq.

Qanuni mərc oyunları operatorunun titul sponsorluğu üçün AFFA, SOCAR və İqtisdiyyat Nazirlikləri arasında son məsləhətləşmələr gedir.

Qeyri-adi hadisə baş verməsə, yeni tərəfdaş Premyer Liqa mənsublarının hər birinə 2 milyon manat vəsait ayıracaq.

SPORTİNFO.AZ

“Səbail” daha bir legioneri ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, paytaxt klubu Domantas Şimkusun müqavilə müddətinin sona çatması ilə əlaqədar litvalı yarımmüdafiəçi ilə yollarının ayrılması barədə qərar qəbul edib.

“Səbail” daha öncə Nikolas Raysellə yolların ayrıldığını açıqlamışdı.

İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında keçirilən mini-futbol üzrə Zəfər Kubokunda bu gün finalçılar müəyyənləşəcək.

Sportinfo.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan yarımfinal qarşılaşmasında *Xocavənd" "Qubadlı" ilə, "Suqovuşan" "Ağdam"la qarşılaşacaq.

Qarşılaşmalar əvvəlki görüşlərdə olduğu kimi, fəxri qonaqların iştirakı ilə təşkil olunacaq.

11:00. "Xocavənd" - "Qubadlı"

Fəxri qonaqlar
1. Milli Məclisin 42 saylı Sumqayıt II seçki dairəsindən deputatı, İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri, ATƏT Parlament Assamblyasında nümayəndə heyətinin üzvü, Avronest Parlament Assamableyasında nümayəndə heyətinin üzvü və Enerji Təhlükəsizliyi komitəsinin sədri, əslən Qubadlıdan olan Tahir Mirkişili

2. Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən Müharibəsi Qəhrəmanı, eyni zamanda "Cəbrayıl, Füzuli və Şuşanın azad olunmasına görə medalları ilə təltif olunmuş Zaur Hüseynov,

3. Dünya Kuboku və Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının qalibi, Minsk-2019 II Avropa Oyunlarının gümüş, Avropa çempionatlarının gümüş və bürünc mükafatçısı, əslən Qubadlıdan olan yunan-Roma güləşçisi İslam Abbasov

12:00. "Suqovuşan" - "Ağdam"

Fəxri qonaqlar:

1. Milli Məclisin 113 saylı Şəki şəhər seçki dairəsindən deputatı, Hüquq siyasəti və dövlət quruculuğu, Gənclər və İdman Komitələrinin, eləcə də Yeni Azərbaycan Partiyasının təftiş komissiyasının üzvü, Azərbaycan Respublikasının əməkdar məşqçisi Vüqar İskəndərov

2. Yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, "525-ci qəzet"in baş redaktoru, Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının İdarə Heyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, əslən Ağdamdan olan Rəşad Məcid

3. "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı

4. Avropa çempionu, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının qalibi, dünya çempionatları və Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş medalçısı, müxtəlif nüfuzlu turnirlərin qalib və mükafatçısı, əslən Ağdamdan olan cüdoçu Rüstəm Orucov

Əsasnaməyə görə, bu komandalar öz qruplarının qalibləri olduqları üçün yarımfinal mərhələsinı adlayıblar.

Tiaqo Bezerra "Neftçi" rəhbərliyinə müraciət edib.

Braziliyalı hücumçu klubu tərk eləmək istəmədiyini bildirib.

Premyer Liqada keçirdiyi debüt mövsümündə 10 qol vuran cənubi amerikalı forvard başa çatan 1 illik müqaviləsini uzatmaq niyyətində olduğunu söyləyib.

O, bunun üçün maliyyə şərtlərində kifayət qədər güzəştə gedəcəyini deyib.

Bezerra paytaxt təmsilçisinin ən bahalı futbolçusudur. Bakılılar "sambaçı"ya ötən müddət ərzində 350 min dollar qazandırıb.

SPORTİNFO.AZ

“Liverpul” hücumçusu Məhəmməd Salahın yerinə “Leyptsiq”in yarımmüdafiəçisi Kristofer Nkunkunu nəzərdən keçirir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Todofichajes” nəşri məlumat yayıb.

“Liverpul” 29 yaşlı misirli futbolçunu 2023-cü ildən sonra (müqaviləsi bitdikdən sonra) da saxlamaq niyyətindədir.

Lakin Salah komandadan ayrılmaq qərarına gələrsə, Mersisayd klubu indidən başqa variantları da nəzərdən keçirir. Bu variantlardan biri də Nkunkudur. “Liverpul” futbolçunun nümayəndələri ilə son həftələrdə iki görüş keçirib.

24 yaşlı Nkunku Bundesliqada 2021/2022 mövsümünün ən yaxşı oyunçusu seçilib. O, 34 matçda 20 qol vurub və 15 məhsuldar ötürmə edib.