"Fazil bəyə qarşı xain silahlı hücumu təşkil edənlər tezliklə layiqli cəzalarını alacaqlar"- İqbal Məmmədov
"Fazil bəyə qarşı xain silahlı hücumu təşkil edənlər əminəm ki, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən tezliklə tapılaraq layiqli cəzalarını alacaqlar".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.
Deputat qeyd edib ki, Fazil bəy hər zaman vətəninə və xalqına xidmət edən deputatdır:
Deputat həmkarımız Fazil Mustafa Bakıda, yaşadığı evinin qarşısında güllələnib.Silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. Həmkarımız iki güllə yarası alıb. Xoşbəxtlikdən terrorçular çirkin niyyətlərini reallaşdıra bilmədilər. Hazırda Fazil bəyin vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur. İnanıram ki, hüquq mühafizə orqanları bütün lazımi tədbirləri görəcək və cinayətkarlar tezliklə tapılıb, haqq etdikləri cəzanı alacaqlar. Fazil bəy hər zaman dövlətinə sadiq, xalqını sevən və xurafata qarşı açıq mübarizə aparan millət vəkili olub. Əminəm ki, Fazil bəyə qarşı bu xain silahlı hücumu təşkil edənlər tezliklə layiqli cəzalarını alacaqlar".
Aysel Yusifqızı