SON DƏQİQƏ! Məhkəmə Azər Səmədli barədə bəraət hökmü verdi

Bu gün Bakı şəhəri, Səbail rayon məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməkdə ittiham olunan Səmədli Azər Həmdulla oğluna əməlində cinayət tərkibi olmadığı üçün bəraət verilib.

Oxu24.com xəbər  verir  ki, Azər Səmədlinin vəkili Sadiq Əfəndiyev Femida.az -a məsələnin hüquqi tərəfini şərh edib.


Vəkilin sözlərinə görə, İbtidai istintaq zamanı verilən ittiham faizlə pul verən lombardın heç bir cinayət hüquqi əhəmiyyət kəsb etməyən mülki-hüquqi xarakterli pul tələbinə əsaslanmışdır. Məsələnin qısa mahiyyəti ondan ibarətdir ki, şikayətçi tərəf lombarddan götürülən pulun müəyyən məbləğinin qaytarılmamasını iddia etsə də, təqsirləndirilən şəxs bu iddianı qəbul etməyərək pulun artqılaması ilə qaytarıldığını bildirmişdir.

Tərəflər arasında açıq-aşkar mülki-hüquqi mübahisənin mövcud olmasına, bununla da mübahisənin mülki mühakimə icraatı qaydasında həll edilməli olmasına baxmayaraq ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə əsassız və qanunsuz ittiham verilmişdir.

Təbii ki, bu cür ittiham məhkəmə tərəfindən təsdiq edilə biməzdi və ona görə də işə baxan məhkəmə qanuni mövqe tutaraq təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarmışdır.

Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
0
120
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar