SON DƏQİQƏ: Ermənistan danışıqları pozdu: Putin qəzəblidir - Rusiya bunu bağışlamayacaq / AÇIQLAMA

– Erməni tərəfi bu ərazilərin Azərbaycana qaytarılmasından imtina edir. Qazaxın 7 kəndi, Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması məsələsində erməni tərəfinin əks mövqeyi var.

– Başqa amillər nədən ibarətdir?

– Erməni tərəfi Qarabağda hələ də qalmaqda olan silahlıların oradan çıxarılmasından da imtina edir. Bu məsələlər onu göstərir ki, artıq Ermənistan konfrantasiya yolunu seçib.

– ABŞ dövlət katibinin Azərbaycanla Ermənistan arasında mümkün təmaslarla bağlı mövqeyi nə dərəcədə təsirli görünür?

– Proseslərdə bu mövqe də mövcuddur. Faktiki olaraq Ermənistan indiki halda Rusiyanın vasitəçiliyindən imtina edir. Bunu açıq şəkildə görmək mümkündür. Erməni tərəfi proseslərin irəliləməsi üçün təzə bir format icad etmək niyyətindədir.

– Qərbin təsiri burada nə dərəcədə güclüdür?

– Ermənistan tərəfi hazırda Qərbin dəstəyini əldə etmək niyyətindədir. Yeni bir vasitəçi ilə danışıqların təzə bir formatı ermənilər üçün daha məqbul görünür. Düşünürlər ki, belə olsa o mövzularda mövqelərini saxlaya bilərlər. Bu baxımdan ermənilər bu davranışlarını da özləri üçün məntiqli hesab edirlər.

– Sizcə, Ermənistanın bu davranışı Soçi görüşünün nəticələrini sıfıra endirmək məqsədi kimi izah oluna bilərmi?

– Ermənistanın atdığı bu addım olduqca təhlükəlidir. Çünki burada tək Rusiyanın vasitəçi imici deyil, birbaşa Vladimir Putinin mövqeyinə zərər gətirmək niyyəti var. Bu məsələdə Putinin davranışları da onu göstərir ki, o, bu cür məsələləri bağışlamır. Gözlənilən odur ki, Rusiya Ermənistan əlaqələri daha da pisləşə bilər.

– Ermənistanın danışıqları pozmaq niyyətinin arxasında Brüsseldə keçiriləcək görüş məsələsi nə dərəcədə məntiqlidir?

– Bu köhnə mövzuya qayıdışdır. Məsələ ondan ibarətdir ki, Ermənistan mümkün qədər Rusiyadan uzaqlaşmağa çalışır. Təbii ki, indiki halda Qərbin Ermənistana dəstəyi məhz bununla bağlıdır. Maliyyə dəstəyinin arxasında da bu faktor dayanır. Prosesin də əsas istiqaməti bundan ibarətdir. Ona görə də, Soçi və Brüssel görüşləri prosesdə sadəcə olaraq mərhələlərdir. Bir müddət əvvəl verilən proqnoz ondan ibarət idi ki, Rusiya Ermənistanı tərk edəcək. Bu tarixi proses artıq qaçılmazdır.

– Ermənistanın bu davranışları fonunda Azərbaycanın mövqeyi necə olacaq?

– Azərbaycan Türkiyənin sərgilədiyi siyasi xəttin bir nümunəsini nümayiş etdirməlidir. Çünki bu bölgədə Rusiya ilə Qərb arasında rəqabət mövcuddur. Türkiyə də öz siyasətində bu rəqabəti bacarıqla istifadə edir. Azərbaycanın sərgilədiyi siyasət də məhz bu şəkildə olmalıdır. Harada daha çox bizim maraqları qorumaq mümkündürsə, o tərəfdə yer almaq lazımdır. Bu, qarşı tərəfi də vadar edəcək ki, bizim istəklərimizə uyğun təkliflər etsin. Amma indiki mərhələdə Qərbin Azərbaycana belə bir təkliflə çıxış etməsi gözlənilmir. Amma yenə də proseslərin axarını gözləmək lazımdır. Ola bilsin Brüsseldə nəsə belə bir təklif olsun. Amma biz özümüzə bir meyarı seçmişik. O da milli maraqlarımızdır. Buna uyğun da davranış olmalıdır.

0
648
1
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar