Serbiyalı baş məşqçi: "Sumqayıt"ın necə oynadığını bilirik"

"Rəqibimizi ciddi analiz edəcəyik. Bütün komandalara hörmətlə yanaşırıq".

"Report"un məlumatına görə, bu fikirləri Serbiyanın "Çukariçki" komandasının baş məşqçisi Duşan Corceviç "hotsport.rs" saytına açıqlamasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibləri olan "Sumqayıt" barədə danışarkən deyib.

51 yaşlı serbiyalı mütəxəssis "gənclik şəhəri" təmsilçisi barədə ilkin məlumatlara malik olduğunu bildirib: "Mümkün olan bəzi informasiyaları əldə etmişik. Meydana hansı oyun fəlsəfəsi ilə çıxdıqlarını, necə oynadıqlarını bilirik. Qarşıda hələ kifayət qədər vaxtımız var. Hələlik özümüz barədə düşünürük".

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 21-də Serbiyada, cavab matçı isə 29-da Azərbaycanda olacaq.

Mənbə:
0
60
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar