• Şikayət et

“Rusiyanın ölkəmizdəki 5-ci kolonu Azərbaycana qarşı qisasa HAZIRLAŞIR”

Rusiyanın Azərbaycan sərhədlərinin bir kilometrliyində hərbi baza tikməsi gündəmin ən çox müzakirə edilən mövzusuna çevrilib. Məlumata görə, Tavuş vilayətinin Berd rayonunun Ayqepar kəndi yaxınlığındakı keçmiş hava limanının ərazisində Rusiya hərbi bazasının aktiv tikintisi aparılır. Ayqepar kəndi isə Azərbaycanın Əlibəyli kəndindən bir kilometr aralıda yerləşir və 44 günlük müharibədən əvvəlki aktiv toqquşma zonası hesab olunur.

Milli.Az konkret.az-a istinadən bildirir ki, politoloq Cümşüd Nuriyevin fikrincə, əslində Rusiya Azərbaycanın qələbəsinə necə kölgə salacağını bilmir: "Çünki onlar Şuşanın alınmasını gözləmirdilər. İndiyə qədər də bunu özlərinin ən böyük siyasi və hərbi səhvi hesab edirlər. Görünən odur ki, Rusiya artıq hərəkətə keçib. Doğrudur, biz bunu rəsmi şəkildə etiraf edə bilmərik. Çünki Rusiyanın Ermənistanla təxminən 2040-cı ilə qədər müqaviləsi var. Amma həmin ərazidə əslində Rusiyanın hərbi baza tikməyinə ehtiyac yoxdur. Çünki rusların Gümrüdə hərbi bazaları yerləşir. Görünən odur ki, bizim Laçında hava limanı tikməyimiz, Kəlbəcərdə KOMANDO açmağımız Rusiyanı qıcıqlandırır. Doğrudur Milli təhlükəsizliyimizlə bağlı BMT-də məsələ qaldıra və sərhəddə güllə məsafəsində hərbi bazanın tikintisinə etiraz edə bilərik. Amma hesab edirəm ki, bu cür təhdidlərdən qorxmağa ehtiyac yoxdur".

Cümşüd Nuriyevin sözlərinə görə, Rusiyanın ölkəmizdəki 5-ci kolonu Azərbaycana qarşı qisasa hazırlaşır: "Bu birmənalı belədir. Qisasın arxasında duranlar isə həm parlamentdə, həm də hökumətin içində məskən salıblar. Əsas məsələ ölkənin daxilində qarışıqlıq və çaxnaşma yaratmaqdır. Bunlar iki məntəqəni geri istəyirlər. Birincisi Şuşa, ikincisi isə Hadrutdur. Beşinci kolonun fəlsəfəsinə baxanda onlara sifarişin kim tərəfindən verildiyinin əhəmiyyətli olmadığını görürük. Onlar icarədə olan şəxslərdir. Öz beyinlərini satırlar. Millətə və dövlətə nə ziyan dəyəcəyini isə düşünmürlər. Azərbaycan isə öz sərhədlərində yeni problemlər istəmir. Lakin biz istəməsək də, bu problemləri hazırlayan qüvvələr mövcuddur. Bu qüvvələrin içərisində bizimkilərin olması isə çox ağrılıdır".

Milli.Az

Mənbə:
0
67
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar