Rusiyanın Novosibirsk şəhərində yanacaqdoldurma məntəqəsində baş verən yanğının nəticələrini özündə əks etdirən videoya paylaşılıb.
NTV-nin məlumatına görə, bununla bağlı görüntüləri Rusiyanın İstintaq Komitəsi yayımlayıb.
Kadrlarda tamamilə məhv olmuş yanacaqdoldurma məntəqəsi əks olunub. Bundan əlavə, yaxınlıqdakı binalara da ziyan dəyib.
Qeyd edək ki, iyunun 15-də Novosibirskdə yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Hadisə nəticəsində 35 nəfər yaralanıb.
İstintaq Komitəsi “Təhlükəsizlik tələblərinə cavab verməməklə xidmətlər göstərmək” maddəsi ilə cinayət işi açıb.
0
6741