Rusiya öz öhdəliklərini yerinə yetirməsə... - Deputat

“2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar razılaşmasına əsasən, Azərbaycan ərazisində olan erməni silahlı dəstələri tərk-silah edilib torpaqlarımızdan çıxarılmalıdır. Bu məsələni isə vasitəçilik vəzifəsini yerinə yetirən Rusiya Federasiyası həll etməlidir”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputat qeyd edib ki, rus sülhməramlıları hələ də terrorçu dəstələri ərazilərimizdən çıxarmayıb: “Qələbəmizin ildönümünə artıq sayılı günlər qalıb, ancaq ərazimizdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları bəzi öhdəliklərini yerinə yetirməyib. Əksinə, onların orada qalmasına şərait yaradıblar. Ötən gün baş verən hadisənin məsuliyyəti isə birbaşa rus sülhməramlılarının üzərinə düşür. Terrorçu dəstələr ərazilərimizdən təmizlənməlidir. Rusiya tərəfinin əsas vəzifələrindən biri separatçı rejimi torpaqlarımızdan uzaqlaşdırmaqdır, ancaq hələ də öz öhdəliklərini tam yerinə yetirməyiblər. Müharibədən 1 il keçməyinə baxmayaraq, hələ də o dəstələr bizim əsgərlərimizə və texnikalarımıza atəş açır. Bunlar torpaqlarımızdan qovulmayana qədər bu cür təhlükələr hər zaman mövcud olacaq. Rusiya öz öhdəliklərini yerinə yetirib terrorçu dəstələri torpaqlarımızdan çıxarmasa, Azərbaycan öz gücündən istifadə edərək anti-terror əməliyyatlarına başlayıb ərazilərini separatçı dəstələrdən təmizləyə bilər”.

Rahib Ələsgərov

Mənbə:
0
141
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar