Ronaldonu ələ saldılar, cavabını o verdi: “Bu, hörmətsizlik və gülüncdür”

Kriştiano Ronaldo karyerası ərzində 800 və 801-ci qolunu vurub.

Sportinfo.az xəbər verir ki, portuqal futbolçu “Arsenal”la qarşılaşmada (3:2) dubl edib.

Onun tarixi nəticəsinə İngiltərə yığmasının sabiq hücumçusu Qari Lineker də biganə qalmayıb.

O, bununla bağlı “tvitter”də paylaşım edib. Azarkeşlərdən biri isə bu paylaşıma “Tapinaldo and Penaldo” şərhini yazıb.

Azarkeş bununla Ronaldonun asan qollar vurduğunu və əsasən də penaltidən fərqləndiyini iddia etməyə çalışıb. Lineker ona belə cavab verib:

“Bu, hörmətsizlik olduğu qədər də, gülüncdür. Kriştiano Ronaldo, şübhəsiz ki, tarixin ən böyük futbolçularından biridir. Əsl fenomendir”.

Mənbə:
0
131
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar