Region Liqasında hamı hakimləri döyür – ACINACAQLI VƏZİYYƏT

Sportinfo.az xəbər verir ki, AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Region Liqasında baş vermiş xoşagəlməz hallar müzakirə olunub.

Xüsusən də, hakimlərə qarşı nalayiq ifadələr işlədən və aqressiv hərəkətə yol verən futbolçular cəzalandırılıb.

“Dübəndi” (Ordubad) ilə görüşdə hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alan, meydandan çıxarkən AFFA rəsmilərini təhqir edən və hakimlərə hücum çəkən “Kəngərli”nin futbolçusu Vüsal Əhmədov 8 oyunluq cəzaya məruz qalıb.

“Şəki” ilə görüşün son dəqiqələrində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alan “Karvan”ın oyunçusu Əyyub Cabbarovun cəzası 4 matçdan ibarət olub.

Füzuli” – “İmişli” oyununun son dəqiqəsində isə “İmişli”dən Ramazan Əliyev və “Füzuli”dən Mirkamil Əliyev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalandırılıb.

Mənbə:
0
197
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar