“Real” Beyli 12 oyunluq itirdi

"Real"ın hücumçusu Qaret Beylin zədəsi ciddidir.

"Qafqazinfo" AS nəşrinə istinadən xəbər verir ki, La Liqanın 4-cü turunda "Selta" ilə matç öncəsi məşqdə ağır zədə alan uelsli futbolçu tibbi müayinədən keçib və onun 2 ay meydana çıxa bilməyəcəyi məlum olub.

Bu isə o deməkdir ki, Beyl "Real"ın qarşıdakı 12 oyununu buraxacaq.

Maraq üçün onu da qeyd edək ki, Beyl "Real"a keçdikdən sonra artıq 24 -cü dəfədir zədələnir.

Mənbə:
0
58
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar