"Qapının ağzında dayanmışdım, Azad Rəhimov mənə baxdı və dedi ki…"

"Birinci dəfə Azad müəllimi görəndə elə bir aura var idi ki, mənə müsbət enerji gəldi. İlk düşündüyüm o oldu ki, kaş məni işə götürəydi".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova "report"un canlı efirində yayımlanan "ReSport" verilişində mərhum nazir Azad Rəhimovla ilk tanışlığı barədə danışarkən deyib.

Rəhimov aprelin 30-da ABŞ-da müalicə olunduğu xəstəxanada vəfat edib. O bildirib ki, nazirlə qısa söhbətdən sonra işə qəbul olunub:

"Onda italyan dilini öyrənirdim. Azad müəllim də bu dili çox gözəl bilirdi. Mənimlə italyan dilində danışmağa başladı. Mən də bu dildə cavab verdim. Qapının ağzında dayanmışdım.

Baxdı və "Gəl içəri, otur" dedi. Heç 5 dəqiqə söhbət etmədik. Soruşdu ki, bu sahədən nə bilirsən. Dedim ki, heç nə, gənclər və idman sahəsi mənə tamam yaddır.

Bildirdi ki, mən səninlə işləmək istəyirəm. Mən də eyni fikirdə olduğumu söylədim. Dedi, qərarlaşdır, gəl. Elə o gündən Azad müəllimlə işləməyə başladım".

Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
0
81
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar