Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 33 santimetr artıb

Sentyabrın 19-da Böyük Qafqazın ərazisindən axan Gəncəçay-Zurnabad məntəqəsində suyun səviyyəsində dəyişiklik olmayıb. Zəyəmçay-Ağbaşlarda suyun səviyyəsi 2, Kürəkçay-Çaykənddə 5, Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı məntəqələrində 1 santimetr azalıb. Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidor, Təngərüdçay-Vaqo və Viləşçay-Şıxlar məntəqələrində isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 107 kubmetr təşkil edir. Bu da ongünlük normanın 77 faizinə bərabərdir.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 33 santimetr artıb. Hazırda məntəqədə su sərfi 37,5 kubmetr/saniyəyə bərabərdir. Bu da ongünlük normanın 41 faizini təşkil edir.

Kür-Surra məntəqəsində suyun səviyyəsi 5 santimetr artaraq 318 santimetr, su sərfi isə 86,0 kubmetr/saniyə olub. Kür-Şirvanda suyun səviyyəsi 4 santimetr artaraq 121, Kür-Bankədə 4 azalaraq 115, Araz-Novruzluda isə 5 santimetr artaraq 75 sm santimetr təşkil edir.

Mənbə:
0
105
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar