Vladimir Putin özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə telefonla danışıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Rusiya-Özbəkistan strateji tərəfdaşlığı və müttəfiqliyini daha da gücləndirmək barədə müzakirələr aparıb.
Rusiya tərəfi Özbəkistan rəhbərliyinin Qaraqalpaqıstanda vəziyyəti sabitləşdirmək səylərini dəstəklədiyini bildirib.
Bizim.Media