“Prezidentlə danışdıq, rəsmi yolasalma olmayacaq”

Əvvəlki Olimpiadalardan fərqli olaraq Azərbaycanı təmsil edəcək heyət bu dəfə səfərə çarter reysi ilə gedə biməyəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib. 

Ç. Hüseynzadənin sözlərinə görə, o, Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb: “Dünən Prezidentlə danışdıq. Pandemiyaya görə rəsmi yolasalma mərasimi olmayacaq. Cənab Prezident televiziya vasitəsilə müraciət edəcək. Yolasalma da bu vasitə ilə həyata keçiriləcək.

Birlikdə komandamızın bayraqdarını da müəyyənləşdirdik. Bu, Rüstəm Orucov olacaq”.

Elsevər Məmmədov

Mənbə:
0
23
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar