Paytaxt klubu məşhur yeni baş məşqçisinə nə qədər maaş verəcək?

"Roma"nın yeni baş məşqçisi Joze Mourinyonun paytaxt təmsilçisindəki məvacibi məlum olub.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis ilk mövsümdə ümümilikdə 16 milyon avro qazanacaq.

Təcrübəli baş məşqçi bu məbləğin 7,5 milyon avrosunu maaş kimi "canavarlar"dan, 8,5 milyon avrosunu isə təzminat kimi əvvəlki klubu olan İngiltərə "Tottenhem"indən alacaq.

Joze Mourinyo "Roma" ilə 3 illik müqavilə imzalayıb. O, komandaya 2021/2022 mövsümündən rəhbərlik edəcək.

Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
0
184
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar