Parlament toplaşıb: xanım sədr Silahlı Qüvvələrimizi təbrik etdi

Milli Məclisin növbəti iclası öz işinə başlayıb. Spiker Sahibə Qafarova giriş nitqində bildirdi ki, sabah Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının ildönümüdür. “Əzəli və tarixi torpaqlarımız olan Qarabağ mənfur düşmənlərimizin əsarətindən azad edilib. Bu gün biz yurd yerlərimizə qayıdırq, bu haqqı bizə şanlı ordumuz, Ali Baş Komandan yaradıb. Biz şəhidlərimizi heç zaman unutmayacağıq”, - deyə, S.Qafarova bildirdi.

Sədr inamla qeyd etdi ki, biz Azərbaycan Silahlı Qüvvələri qarşıdakı ilərdə də daim inkişaf edəcək. S.Qafarova sonda Silahlı Qüvvələrimizi təbrik etdi, şərəfli missiyasını yerinə yetirmək yolunda uğurlar arzuladı. Deputatlar Sədrin bu təbrikinə alqışlarla qarşılıq verdilər.

E.Paşasoy,

Musavat.com

Mənbə:
0
41
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar