"Pamela" qasırğası tropik fırtınaya çevrilir

Meksikada tüğyan edən "Pamela" qasırğası tropik fırtınaya çevrilib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin meteoroloji xidməti məlumat yayıb.

Hazırda fırtına 10,2 m/s sürətlə şimal-şərqə doğru irəliləyir. Küləyin sürəti saatda 42 m/s-ə çatır.

Ölkənin bəzi bölgələrində güclü yağış daşqınlara səbəb olub. Tələfat və dağıntılar barədə məlumat verilmir.

Qeyd edək ki, avqustun 21-nə keçən gecə III kateqoriyalı "Qreys" qasırğası Meksikanın şərq sahilindəki Verakruz əyalətini vurub. Təbii fəlakət 11 nəfərin ölümünə səbəb olub. Həmçinin Verakruz, İdalgo, Puebla, San-Luis, Potosi və Tlaxkala əyalətlərində təxminən 870 000 abonenti elektriksiz qoyub

Mənbə:
0
180
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar