• Şikayət et

Pakistanda leysan yeddi nəfərin həyatına son qoyub

0:00
0:00

Pakistanın şimal-qərbindəki Xeyber-Paxtunxva əyalətində leysan yağışları nəticəsində azı 7 nəfər ölüb, 16 nəfərsə yaralanıb.

Cümə günündən bəri güclü yağışın səbəb olduğu torpaq sürüşməsi və dam örtüklərinin çökməsi nəticəsində ölənlər arasında qadın və uşaqların olduğu bildirilir.

Həmçinin, ən azı 19 ev və binaya qismən ziyan dəyib və ya tamamilə dağılıb.

Xilasetmə əməliyyatları hələ də davam edir.

Artıq torpaq sürüşməsi nəticəsində bağlanan bir neçə yol təmizlənib.

Mənbə: “RİA Novosti”

Mənbə:
0
227
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar