Fransada 150 baykerin iştirakı ilə baş verən davada ölən və xəsarət alanlar var

0:00
0:00

Fransanın Tarb şəhərində 150 ​​baykerin iştirakı ilə kütləvi dava olub, bir nəfər aldığı bıçaq xəsarətindən ölüb.

Hadisə Tarb şəhərində baş tutan döymə sərgisi və poker festivalında baş verib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil. İnsident nəticəsində xəsarət alan digər dava iştirakçıları xəstəxanaya aparılıb.

Polisin məlumatına əsasən, ölüm hadisəsini törədən şəxs qaçaraq ərazidən uzaqlaşıb. Hazırda hüquq -mühafizə orqanları onun axtarışını həyata keçirir. 

Şəhərinin meri festivalın dərhal dayandırılması barədə göstəriş verib.

Mənbə: France Info radiostansiyası

Mənbə:
0
1593
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar