• Şikayət et

Yaponiya şirkəti Azərbaycanda daha iki tütünqurutma müəssisəsi açacaq

Yaponiyanın "TET International Development" şirkəti Azərbaycanda bu il daha iki tütünqurutma müəssisəsi açacaq. Yeni tütün müəssisələrinin açılışı iyulun 9-da Tovuzda, 12-də isə Zaqatalada baş tutacaq.

“Finans.az” xəbər verir ki, bunu şirkətinin direktoru Taro Savada Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkət 2017-ci ildən Azərbaycanda biznes imkanlarını araşdırır ki, bunun nəticəsində artıq bir neçə rayonda tütünçülük sahəsində fəaliyyətdədir.

Qeyd edək ki, Yaponiya şirkəti tərəfindən 2019-cu ildə Azərbaycanda iki tütünqurutma müəssisəsi açılıb.

Mənbə:
0
7457
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar