Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında "Fərat qalxanı" antiterror əməliyyatı bölgəsində daha bir əməliyyat keçirib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.
Qeyd olunur ki, əməliyyat nəticəsində 2 PKK terrorçusu zərərsizləşdirilib.
Məlumata əsasən, türkiyəli hərbçilər bu əməliyyatla hazırlanmaqda olan hücumun qarşısını alıb.