• Şikayət et

“TEKNOFEST” festivalı başladı - VİDEO

4 gün davam edəcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı başlayıb.

“Qafqazinfo” xəbər verir ki, festivalın açılışı musiqi proqramları ilə başlayıb.

Festivalda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin Texnoloji Takımının İdarə Heyətinin sədri Selçuk Bayraktar, Türkiyənin sənaye və texnoloji naziri Mustafa Varan iştirak edirlər. 

Gün ərzində festival iştirakçılarına müxtəlif aviaşoular, robot şou, külək tunelində şoular nümayiş olunacaq.

Birinci günün sonunda təşkil ediləcək konsert proqramında Xalq artisti Aygün Kazımova, müğənnilər Nigar Camal, Azad Şabanov və digərləri çıxış edəcək.

Günün sonunda isə lazer şou olacaq. Şounu Dənizkənarı Bulvarın bütün nöqtələrindən izləmək mümkün olacaq.

Qeyd edək ki, “TEKNOFEST” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xarici ölkədə - Azərbaycanda təşkil olunur. Azərbaycanda “TEKNOFEST Azərbaycan”nın təşkilatçılığı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.

Eldar Tanrıverdi

 





 

Mənbə:
0
177
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar