• Şikayət et

Tacikistanda vəziyyət gərgindir - Dağlıq Bədəxşanda müharibə başlayıb?

İğtişaşlar səbəbindən internetin uzun müddətdir kəsildiyi Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin mərkəzi Xoroq şəhərindən pis xəbərlər gəlməyə davam edir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, yerli sakinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülməsindən sonra vətəndaşlarla hakimiyyət nümayəndələri arasında toqquşmalar başlayıb. Etirazçılarla danışıqlardan sonra kompromis əldə olunsa da, şərtlər yerinə yetirilməyib. Hakimiyyət mənsubları məhbusları azad etmək əvəzinə yenidən müxalifət nümayəndələrini həbs etməyə, yüzlərlə insanı dəmir barmaqlıqlar arasına salmağa başlayıb. Bu, yeni etiraz dalğasına səbəb olub.

Sosial şəbəkələrdə və mediada yayılan məlumatlardan yaranan mənzərə isə fərqlidir:

Tanınmış jurnalist Ülfətxanım Məmədşoyeva Xoroqda həbs edilib.

11 etirazçı öldürülüb və çoxlu sayda insan yaralanıb.

Ruşan rayonunda tacik helikopteri vurulub.

Xoroq şəhəri karantin altındadır, məktəblər və mağazalar bağlanıb.

Bədəxşan vilayətinin Ruşan rayonunun inzibati mərkəzi olan Vamar şəhərində hərbi əməliyyat keçirilir, helikopterlərdən atəş açılır, həlak olanlar var.

Mütəxəssislərin fikrincə, Dağlıq Bədəxşan Əfqanıstandan dəstək alsa, bu zaman vəziyyət daha da radikallaşa bilər. Çünki burada eyni dinə mənsub çoxlu sayda  ismaililər yaşayır.

Mənbə:
0
154
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar