• Şikayət et

Solovyov QƏZƏBLƏNDİ: "Medvedçuku "Azov"la dəyişmək? Mümkün deyil!"

Təbliğatçı Solovyov Medvedçukun “Azov” alayının döyüşçüləri ilə dəyişdirilməsi ideyasından qəzəblənib.

Konkret.az xəbər verir ki, LDPR-in yeni rəhbəri Leonid Slutski Moskvanın Medvedçukun “Azov”la dəyişdirilməsi məsələsini araşdırdığını deyib.

“Biz Medvedçukun “Azov”a dəyişdirilməsinin mümkünlüyü məsələsini araşdıracağıq. LDPR yox, Moskvada belə səlahiyyətlərə malik olan insanlar var”, – Slutski “İnterfaks”a müsahibəsində bildirib.

Bundan sonra Solovyov qəzəblənərək ona çox kəskin müraciət edib.

“Mənim Slutskidən çox böyük xahişim var: bu mövzuda daha heç nə danışmayın. Medvedçuku “Azov”a dəyişək? Hansısa ukraynalını “Azov”a dəyişək? Bizim 400 əsgərimiz Ukraynada əsirlikdədir. Bizimkilər hamısı azad olunmalıdır. Cinayətkarları dəyişmək? Bu, mümkün deyil. Xalq bunu bizə bağışlamaz”, – Solovyov hiddətlənib.

Mənbə:
0
131
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar