• Şikayət et

“Sahil-S” MTK qurbanları Baş Prokurorluq önündə aksiya keçirir – Foto

Bakının Yeni Günəşli qəsəbəsində “Sahil-S” MTK şirkətinin tikdiyi binadan mənzillər almış sakinlər dələduzluqla üzləşdiyi üçün Baş Prokurorluq qarşısına toplaşıb. Reportyor.info məlumat verir ki, aldadılan sakinlər prokurorluqdan görüş istəyiblər. Onlar şirkətin rəhbəri Taley Alaverdiyevlə şəriki Pənah Kərimovun həbsini tələb edir. Şikayətçilərin sözlərinə görə, şirkət bir mənzili 4-5 adama satıb, nəticədə 200 ailə bu fırıldağın qurbanı olub.

Lakin nə pulları verilir, nə mənzilləri. Payçılar tələb edirlər ki, Baş Prokurorluq təcili istintaq tədbirlərinə başlamalıdır və onlar barəsində həbs qətiimkan tədbiri seçilməlidir. Hazırda əraziyə toplaşan sakinlər haqlarını istəyirlər.

Mənbə:
0
1094
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar