• Şikayət et

Sabah bu yollar buz bağlayacaq - SİYAHI

Avtomobil yollarında yanvarın 15-də gözlənilən vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Kaspi.az-a verilən məlumata görə, sabah şaxtalı hava şəraiti ilə əlaqədar olaraq dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Duman ilə əlaqədar olaraq gecə və səhər saatlarında Bakı-Ələt-Qazax, Ələt-Astara, Bakı-Şamaxı-Yevlax, Quba-Qusar, Quba-Xaçmaz, Yevlax-Zaqatala, Yevlax-Xocalı-Laçın, Xankəndi-Xocavənd, Naxçıvan-Sədərək, Qubadlı-Xanlıq, Gəncə-Kəlbəcər-Laçın magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsi də 200-700 m-dək məhdudlaşacaq.
 

Mənbə:
0
706
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar