• Şikayət et

Rusiyada bir qrup deputat Putinə qarşı çıxdı: “Ukraynadan qoşunları geri çəkin”

Rusiyada Primorye diyarının Qanunvericilik Məclisinin iclası zamanı qalmaqal yaşanıb.

KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, Məclisin bir qrup deputatı Rusiya prezidenti Vladimir Putinə müraciət edib. Onlar Ukraynadakı “xüsusi əməliyyatı” dayandırmağa və Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasına çağırıblar.

Bu bəyanatı oxuyan Kommunist Partiyası fraksiyasının üzvü Leonid Vasyukeviç deyib:

“Ölkəmiz hərbi əməliyyatı dayandırmasa, o zaman vətənimizdə daha da çox yetim olacaq”.

Onun sözlərinə görə, Rusiya dövlətinin başçısına müraciəti kommunistlər fraksiyasından olan 4 deputat imzalayıb.

Vasyukeviçin çıxışı vilayət parlamentinin rəyasət heyətində qəzəbli reaksiyaya səbəb olub. Ötən ilin fəaliyyəti ilə bağlı hesabat məruzəsi ilə çıxış edən qubernator Oleq Kojemyako “Rusiya ordusunu gözdən salan” deputatı və onu dəstəkləyən həmkarı Gennadi Şulqanı (eyni zamanda Kommunist Partiyası fraksiyasının üzvü) zaldan çıxarmağa çağırıb.

Nəticədə “Ədalətli Rusiya” partiyasını təmsil edən Aleksey Kozitskinin təklifi ilə Qanunvericilik Məclisi Vasyukeviç və Şulqanı iclasda səsvermə hüququndan məhrum edib.

14 deputatın daxil olduğu Kommunist Partiyası fraksiyasının rəhbəri Anatoli Dolqaçev həmkarlarının “partiyanın şərəfini ləkələyən” çıxışının razılaşdırılmamış “demarş” olduğunu bildirib, ona siyasi qiymət verəcəyini və “ən sərt addım” atacağını vəd edib.

Mənbə:
0
204
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar