• Şikayət et

Rusiya, ABŞ və Avropa səfirlərini Qərbi Zəngəzura dartıb gətirən səbəb...

Bədrəddin Quliyev: “Zəngəzurla bağlı maraqların üst-üstə düşməsi hər bir tərəfin şəxsi mənfəət, qazanmaq istəyindən qaynaqlanır”

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Zəngəzura səfər edib. Kopırkin 2020-ci ilin 9 noyabrında vurulan Mi-24 helikopterinin heyətinin şərəfinə qoyulan heykəli ziyarət edib.

Səfir daha sonra sərhəd məntəqələrini gəzib və “Tex”, “Paruyr Sevak” məntəqələrində rus sərhədçiləri ilə görüşüb (Ermənistan sərhədlərini Rusiya sərhədçiləri qoruyur).

Kopırkin Qafan rayon administrasiyasının rəhbəri ilə də görüş keçirib.

Qeyd edək ki, bu səfərdən bir gün əvvəl ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi Zəngəzura səfər etmiş və qubernatorla görüşmüşdü. Elə həmin gün Avropa Birliyi Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin də Zəngəzurda olub. Səfirlərin Zəngəzura bu “yürüşü” maraqlı zamana təsadüf edir. Brüssel görüşündə Zəngəzur dəhlizinin açılacağı ilə bağlı ümidverici fikirlər səslənir. Səfirləri bu amil ora cəlb edirsə, onda niyə indiyə kimi sözügedən dəhlizin açılmasına ciddi səylər göstərmirdilər və ümumiyyətlə, bir-birinə zidd olan ölkələri təmsil edən bu səfirləri Zəngəzurla bağlı hansı maraqlar birləşdirə bilər?

Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, səfirlərin bölgəyə səfərləri mövcud reallıqlardan irəli gəlir: “Həmin səfirlərin təmsil etdiiyi ölkələrin hər birinin bölgə ilə bağlı ayrıca maraqları var. Son günlər isə Brüssel görüşündən sonra Zəngəzur dəhlizinin açılacağı ilə bağlı ümidverici bıyanatlar səslənir. Biz Baydenin İlham Əliyevə göndərdiyi məktubdan da gördük ki, onlar logistik layihələrə böyük önəm verirlər. Həmin layihələrin reallaşması isə Azərbaycanın iştirakı olmadan qeyri-mümkündür. Zəngəzur dəhlizi dünya üçün böyük əhəmiyyətə malik olacaq. Həmin yolun açılması hər bir tərəfə sərf edəcək. Hazırda sanksitalar altında əzilən Rusiya dəhlizdən istifadə etməklə, alternativ yol kimi dünya ilə əlaqələrini quracaq. Avropa və ABŞ üçün isə bu, qitələrarası mühüm nəqliyyat damarı rolunu oynayacaq. Çox ciddi proseslərdə hər bir tərəf özünün vacibliyini gözə soxmaq istəyir. Zəngəzurla bağlı maraqların üst-üstə düşməsi hər bir tərəfin şəxsi mənfəət, qazanmaq istəyindən qaynaqlanır. Onlar başa düşürlər ki, artıq Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda bu proseslər qaçılmazdır. Hesab edirəm ki, gələcəkdə İranla bağlı da ciddi proseslərin gedəcəyi qaçılmazdır. Bütün bunların fonunda Azərbaycan öz milli maraqlarını qorumaqda davam etməlidir. Bunun üçün biz Türkiyə ilə birgə addımlarımızı daha da gücləndirməliyik. Səfirlər nə qədər Zəngəzurdan Azərbaycana boylansalar da, onların gözünə qüdrətli Azərbaycandan başqa nəsə görünməyəcək. Bu səbəbdən də, belə təşəbbüslər bizi narahat etməməlidir”.

Məhəmmədəli QƏRİBLİ

Mənbə:
0
230
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar