• Şikayət et

Rus əsgərlərinin gözü önündə Qarabağ erməniləri bölgəni kütləvi tərk edir... Separatçı liderlərin etirafı...

İbrahim Rüstəmli: “Rus sülhməramlıları olmur, kim olur-olsun, köçü əngəlləyə bilməz”

2020-ci ilin 10 noyabrından sonra Qarabağı tərk edən ermənilərin bir qismi sonrakı dövrdə geri qayıtsa da, bu onların orada daimi qalmasına gətirib çıxartmadı. Baxmayaraq ki, bir tərəfdən Rusiya sülhməramlıları, o biri tərəfdən Ermənistan bütün vasitələrlə ermənilərin köçünü əngəlləməyə çalışır. Təkcə bu ilin büdcəsindən Ermənistan Qarabağdakı separatçılara 300 milyon dollara yaxın vəsait ayırıb.

Vəziyyət o həddə gəlib çatıb ki, Qarabağdakı separatçılar zaman-zaman ermənilərin oranı tərk etdiyini etiraf edirlər. Bu arada erməni separatçılarından növbəti etiraf səslənib. Qondarma rejimin “xarici işlər naziri” Davit Babayan etiraf edib ki, insanlar sosial problemlər və işsizlik üzündən Qarabağı tərk edir: “Son iki il ərzində ciddi problemlərlə üz-üzəyik. Məhz bu problemlərin nəticəsidir ki, ermənilər Qarabağdan müxtəlif yollarla çıxır. 44 günlük müharibədəki açıqnacaqlı məğlubiyyət xalqımızın inamını qırdı. İndi də bu inamsızlığın nəticəsidir ki, Qarabağ ərazisindən ermənilər başqa ölkələrə üz tutur. Əgər bunun qaşısını almasaq ciddi problemlər qaçılmaz olacaq. Xankəndidə bir çox binalar boşdur. Biz sosial problemləri həll etməliyik. Amma bu bizim gücümüz daxilində deyil. Rəsmi İrəvan isə bizi meydanda tək qoyub”.

Görünən odur ki, ermənilərin Qarabağdan köçünü önləyə bilmirlər və bu, hər keçən gün daha geniş miqyas alır.

“Qarabağ ermənilərinin çıxış yolu Azərbaycan qanunlarını qəbul etməkdən keçir”

Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmli hesab edir ki, belə bir vəziyyətin yaranması qaçılmaz idi: “Ən azından ona görə ki, 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan Ermənistan orada nə əhalinin sayını artıra bildi, nə də iqtisadi inkişafı təmin etdi. Halbuki, bu müddət ərzində rayonlarımızın bütün sərvətləri, faydalı qazıntıları, digər resursları ermənilərin əlində idi. Ancaq bütün bunlar oradakı ermənilərin rifahının yaxşılaşmasına gətirib çıxarmadı. Nəzərə alsaq ki, 44 günlük Vətən müharibəsi zamanı ordumuz ətraf 7 rayonu və Dağlıq Qarabağın əhəmiyyətli hissəsini işğaldan azad edib, o zaman yerdə qalan hissədə erməniləri saxlamağın mümkün olmayacağı bəlli idi. Rus sülhməramlıları olmur, kim olur-olsun, köçü əngəlləyə bilməz. Çünkü bütün ətraf Azərbaycan Ordusunun nəzarətindədir. Strateji yüksəkliklərə biz nəzarət edirik. Bütün bunlar da bu və ya digər formada oradakı ermənilərə ciddi psixoloji təsir edir. Belə olan halda aydın məsələdir ki, ermənilərin köçünü əngəlləmək mümkün deyil. Qarabağ ermənilərinin çıxış yolu Azərbauycan qanunlarını qəbul etməkdən keçir. Yoxsa oradan köçün miqrasiyanı önləmək mümkün deyil”.

O üzdən, hərbi ekspert hesab edir ki, qarşı tərəf separatçı ideyalardan əl çəkməlidir.

Mənbə:
0
157
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar