• Şikayət et

“Qərbin Rusiyanı qorxuya salan bütün planları tam təsdiqini tapıb” – Lavrovdan KRİTİK AÇIQLAMA

“Qərbin Ukrayna ilə bağlı Rusiyanı qorxuya salan planları tam təsdiqini tapıb”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov fikir səsləndirib.

O Rusiyanın xüsusi əməliyyata başlamaqdan başqa yolunun olmadığını bird aha vurğulayıb. Diplomat əlavə edib ki, Qərb Rusiyaya xüsusi əməliyyat keçirməkdən başqa seçim qoymayıb:

“Xüsusi hərbi əməliyyata başlamaqdan başqa seçimimiz yox idi. Yeri gəlmişkən, Qərbin Ukrayna ilə bağlı nə etməyə çalışdığı və bizim bununla bağlı qorxularımız 100 faiz təsdiqini tapır” – Lavrov vurğulayıb.

Rusiya xarici işlər naziri Prezident Vladimir Putinin xüsusi hərbi əməliyyatla bağlı qarşıya qoyduğu bütün tapşırıqların yerinə yetiriləcəyini də qeyd edib. Onlar arasında Donbasın mülki əhalisinin və xüsusilə də Rusiyanın təhlükəsizliyinin təmin edilməsi əsas yer tutur.

Xatırladaq ki, bir müddət öncə Vladimir Putin də, Rusiyanın qabaqlayıcı addım atdığını və vaxtında hərbi əməliyyatlara başladığını açıqlamışdı.

Mənbə:
0
111
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar