Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyada kollektiv toxunulmazlığının səviyyəsini artırmaq lazımdır.
Cebhe.info Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bu barədə Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti zamanı danışıb.
Tədbirdə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin rəhbəri (“Rospotrebnadzor”) Anna Anna Popova bildirib ki, Rusiya 56% kollektiv toxunulmazlığa yaxınlaşır.
Dövlət başçısı vurğulayıb ki, bu rəqəm 90-a çatdırılmalıdır.
Öz növbəsində Belarus Prezidenti Aleksandr Lukaşenko "Omikron" ştammının yaranmasından sonra insanları nə gözlədiyi barədə Popovaya sual verib.
Popova cavab verib ki, bu barədə heç kim dəqiq məlumat verə bilməz: "Lakin koronavirusla mübarizə tədbirləri işlənib hazırlanıb", - deyə o vurğulayıb.
"Rospotrebnadzor" rəhbərinin sözlərinə görə, ştamm mutasiyaya uğrayacaq və mövsümü xarakter alacaq: "Lakin insanlar peyvənd olunaraq immunitet qazansalar, virus inkişaf edə bilməyəcək", - deyə Popova əlavə edib.
Onun sözlərini şərh edən Putin qeyd edib ki, Hamaley İnstitutunun mütəxəssisləri Rusiyanın “Sputnik V” peyvəndinin "Omikron" ştammını mütləq zərərsizləşdirəcəyini iddia edir.
Sevinc Tapdıqqızı
Cebhe.info