• Şikayət et

Pentaqon: ABŞ Krımın azad edilməsi üçün mümkün əməliyyatda Ukraynaya dəstək verəcək

Birləşmiş Ştatlar “işğal olunmuş ərazilərin azad edilməsində” Ukraynanı sonadək dəstəkləyəcək.
Avropa.info xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsinin müavini Sabrina Sinq Pentaqonda keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, İsrail və Cənubi Koreyadakı anbarlardan sursatların Ukraynaya ötürülməsi Ukrayna Silahlı Qüvvələrini lazımi hər şeylə tez bir zamanda təmin etməyə kömək edir və Amerika ordusunun döyüş hazırlığına təsir etmir.
"Anadolu" agentliyi müxbirinin Krımı azad etmək üçün mümkün əməliyyatla bağlı sualına Sinq aşağıdakı sözlərlə cavab verib:
“Krım Ukraynanın ərazisidir. ABŞ yarımadanın azad edilməsi üçün mümkün əməliyyatda Ukraynaya dəstək verəcək. Biz mütəmadi olaraq Ukraynaya müxtəlif döyüş sursatı, material, silah və texnika tədarük edirik. Və qismən bunu tez bir zamanda edə bildiyimizi təmin etmək üçün anbarlarımızdan yüklərin çıxarılmasına gəldikdə Koreya Respublikası və İsraillə tərəfdaşlıq edirik".
O vurğulayıb ki, bu, ABŞ qüvvələrinin daxildə və xaricdə ABŞ maraqlarını müdafiə etmək istəyinə təsir göstərmir.

Mənbə:
0
234
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar