• Şikayət et

NATO qırıcıları Rusiyaya görə 370 dəfə havaya qalxıb

2021-ci ildə NATO qırıcıları həyəcan siqnalı ilə 370 dəfə havaya qalxıb.

Cebhe.info xəbər verir ki, Rusiya təyyarələrinin müəyyən edilməsi və monitorinqi üçün 290 uçuş həyata keçirilib. Bu barədə alyansdan məlumat verilib.

Qeyd olunur ki, bunların əksəriyyəti Baltikyanı ölkələr üzərində səmada həyata keçirilib. Missiyaların insidentsiz keçdiyi və NATO qırıcılarının bu ərazidən Rusiya təyyarələrini sadəcə müşayiət etdiyi vurğulanıb.
dpa agentliyi qeyd edir ki, 2021-ci ildə Rusiya aviasiyası ilə əlaqəli NATO qırıcılarının döyüş missiyalarının sayı bir qədər azalıb. Bir il əvvəl onların sayı təxminən 350 idi.

DW-nin məlumatına görə, ümumilikdə 60-dan çox NATO qırıcısı, o cümlədən altı bundesver döyüş təyyarəsi “Eurofighter” hazırda hava məkanına nəzarət missiyasına hazırdır.

Xəzər

Mənbə:
0
6798
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar