• Şikayət et

NATO-dan Ukraynaya atılan raket hücumuna reaksiya

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya raket hücumunu pisləyib.
ONN media xəbər verir ki, o, bu barədə şəxsi tvitter hesabında məlumat yayıb.
Stoltenberq Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefonla məsləhətləşmələr aparıb, o, Rusiyanın Ukraynadakı hədəflərə irimiqyaslı raket hücumunu pisləyib, həmçinin Kiyevə hərbi dəstək zəmanəti verib.

“NATO Kremlin təcavüzünə qarşı mübarizədə cəsarətli Ukrayna xalqına lazım olduğu müddətcə dəstəyini davam etdirəcək”, – deyə baş katib bildirib.

Qeyd edək ki, Rusiya oktyabrın 10-da səhər saatlarında Ukraynanın müxtəlif bölgələrinə raket hücumları həyata keçirib. Kiyev, Xmelnitsk, Lvov, Dnepropetrovsk, Vinnits, İvano-Frankovsk, Sumı, Xarkov, Jitomir və Zaporojye vilayətlərində kritik infrastruktur obyektlərinə raket zərbələri endirilib.

Mənbə:
0
1534
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar