• Şikayət et

Mahir "Legiya"da məşqə çıxmadı, anası aydınlıq gətirdi

Zaqreb "Dinamo"su ilə oyundan sonra bir günlük istirahət edən "Legiya" yenidən bir araya gəlib.

Fanat.Az-ın məlumatına görə, Ksiajnisedə mərkəzində baş tutan ilk məşqdə millimizin hücumçusu Mahir Emreli iştirak etməyib. Varşava klubunun rəsmi saytında dərc olunan yazıda məşqə qatılan futbolçuların şənbə günü "Varta Poznan"la çempionat oyununda heyətdə yer almaq şansının çox olduğu vurğulanıb. Təbii ki, belədə narahatlığa əsas yaranır.

Saytımıza açıqlama verən Mahirin anası Elnurə xanım isə narahatlığa əsas görməyib: "Bu xəbərləri sizə kim ötürür (gülür). Düzdür, Mahir yaşıl meydandakı məşqə qatılmayıb. O, fitnesdə olub. Çempionlar Liqasında oynamayanlar və ya sonradan meydana çıxanlar ayrıca məşq edib. Bir neçə əsas oyunçu isə zalda bərpa məşqi keçib. Növbəti məşqdə Mahir də komanda ilə birgə olacaq".

Mirağa

Mənbə:
0
1974
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar