• Şikayət et

Lukaku: "Uşaqlıqdan "Çelsi"i azarkeşiyəm"

Dünən "Çelsi"yə keçidini rəsmiləşdirən belçikalı futbolçu Romelu Lukaku azarkeşlərlə öz fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, klubun mətbuat xidməti futbolçunun sözlərini belə çatdırıb:

"Bu gözəl kluba qayıtdığım üçün xoşbəxtəm. ilk dəfə bura gənc ikən gəlmişdim və çox şey öyrənməli idim, indi isə daha çox təcrübə ilə qayıdıram. Bildiyiniz kimi, bu klubla münasibətlər mənim üçün çox önəmlidir. "Çelsi"nin uşaqlıqdan azarkeşıyəm. Geri qayıtmaq və onlara daha çox titul qazanmağa kömək etmək gözəl bir hissdir. Düşünürəm ki, birlikdə böyük uğurlar əldə edə bilərik. "Çelsi"dən ayrıldığımdan bəri enişli-yoxuşlu uzun bir səyahətim olub. Yığdığım təcrübə məni daha da gücləndirib. Yeni mövsümə klubla birlikdə başlamağı səbrsizliklə gözləyirəm"

Xatırladaq ki, transfer məbləği 115 milyon avro olan futbolçu klubla 2025/26 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

 

Emin Şəmsiyev

Mənbə:
0
2006
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar